Qaraciyərin düşməni: bunu içməyin! Xəbərdarlıq
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Alkoqol qaraciyər üçün şəkərli sodadan daha zərərlidir.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı alim Anton Belkin deyib.
“Şəkərli qazlı içkilərin içilməsi qaraciyər hüceyrələrində yağ yığılmasına gətirib çıxarır, lakin spirt birbaşa zəhərli təsir göstərir, siroz və digər ciddi xəstəliklər riskini artırır.
Əsas düşmən böyük miqdarda şəkərdir. Onun normadan artıq olması birbaşa olaraq insulin dirəncini artırır və 2-ci tip şəkərli diabetə səbəb ola bilir”, – o bildirib.
Alim qeyd edib ki, spirt birbaşa hepatotoksindir:
“Yəni qaraciyər hüceyrələrini (hepatositləri) xüsusi olaraq zədələyən maddədir. Müntəzəm məruz qalma ilə birbaşa siroz və digər ciddi qaraciyər xəstəliklərinə səbəb olur. Kolanın tərkibində isə birbaşa zəhərli təsir göstərən maddələr yoxdur”.
Günel Cəlil
Globalinfo.az


