Qaradağda çökmüş körpü yenidən inşa ediləcək
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı şəhəri, Qaradağ rayonunda yeni körpü tikiləcək.
Milli.Az xəbər verir ki, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.
Belə ki, Səngəçal-Çeyildağ yolunun 13-cü km-də dağılmış körpünün əvəzinə yeni körpü tikiləcək.
Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb.
Xatırladaq ki, sel suları Qaradağ rayonu ərazisindən keçən Səngəçal-Ceyildağ avtomobil yolunun üzərində yerləşən körpüdə fəsadlar törətmişdi.
Milli.Az
Bu mövzuda digər xəbərlər:Qaradağda uçan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA
17 Aprel 2025 14:40
Çökmüş kollektorlar və bəndlər bərpa edilir
28 Aprel 2026 12:25
Duman çökmüş yollar: Hər səhv ölümə aparır!
22 Sentyabr 2025 11:28
Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır
08 Dekabr 2025 09:43
Nabrana gedən çökmüş yol bərpa edildi VİDEO
23 İyun 2026 09:57
Baxış sayı:69
Bu xəbər 28 Aprel 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















