Icma.az
close
up
RU
Qaradağda infrastruktur yenilənir Fotolar

Qaradağda infrastruktur yenilənir Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qaradağ rayonunda ekoloji mühitin yaxşılaşdırılması və yaşıllaşdırma işlərinin geniş miqyasda davam etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, mövcud yaşıllıq sahələrində ağac və kol bitkilərinə aqrotexniki qulluq göstərilir, torpağın münbitliyinin qorunması məqsədilə gübrələmə işləri aparılır.

Hazırda magistral yollar boyunca və park ərazilərində torpaqların gübrələnməsi işi icra olunur. Gübrələmə işləri normativlərə uyğun şəkildə həyata keçirilir. Paralel olaraq torpağın yumşaldılması, kolların budanması və damcılı suvarma sistemlərinin tətbiqi kimi mühüm işlər də planlı şəkildə aparılır.

Rayonda genişmiqyaslı abadlıq və yenidənqurma tədbirləri də mərhələli şəkildə davam etdirilir. İl ərzində Lökbatan, Korgöz, Qızıldaş, Sanqaçal, Ümid qəsəbələrində abadlıq işləri aparılıb, çoxmərtəbəli yaşayış binalarının dam örtüyü təmir olunub, giriş qəfəsləri yenilənib, bəzi küçələrə asfalt örtüyü salınıb. Bu işlərin davamı olaraq, Sahil qəsəbəsinin küçələrində asfalt örtüyünün salınması işləri mərhələli şəkildə aparılır. Layihə sakinlərin rahat və təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, qəsəbənin ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Qaradağ Rayon İcra Hakimiyyətinin nəzarəti altında qəsəbələrin digər küçələrində də yol infrastrukturunun mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur.

Rayon ərazisində qanunsuz tikinti işlərinin aparılmasına qarşı mübarizə tədbirləri ardıcıl və planlı şəkildə davam etdirilir, torpaq sahələrinin zəbt olunmasının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır və aşkar edilən hallar üzrə operativ tədbirlər həyata keçirilir. Görülən işlər şəhərsalma qanunvericiliyinə uyğun şəkildə icra olunur və bu istiqamətdə nəzarət daha da gücləndirilir. Torpaq sahələrinin təyinatına zidd istifadəsinə və zəbt olunma hallarına qarşı İcra Hakimiyyəti tərəfindən Lökbatan, Sahil, Qobustan, Müşviqabad, Sanqaçal, Qızıldaş, Korgöz, Ümid qəsəbələrində qətiyyətli addımlar atılır.

Belə ki, sonuncu dəfə Ələt qəsəbəsində aparılmış monitorinq zamanı naməlum şəxslər tərəfindən zəbt edilərək hasara alınmış torpaq sahələri aşkarlanıb. Qaradağ Rayon İcra Hakimiyyətinin müraciəti əsasında aidiyyəti qurumların operativ tədbirləri nəticəsində həmin ərazi dərhal zəbt vəziyyətindən azad edilib. Azərbaycan Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonda qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı şəkildə və qətiyyətlə davam etdirilir.

Rayonda görülən bütün bu işlər respublikamızda aparılan abadlıq işləri və ekoloji tarazlığın qorunmasına uyğun olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələrin tərkib hissəsidir. Qaradağda salınan yaşıllıq zolaqları və parklar həm ekoloji sabitliyə, həm də vətəndaşların sağlam və rahat istirahət imkanlarının genişlənməsinə xidmət edir.










Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Avqust 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri