Qaradağda Milli Qurtuluş Gününə həsr olunan konsert keçirildi FOTOLAR
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkının qarşısında möhtəşəm "Milli Qurtuluşdan – Zəfərə” adlı bayram konsert proqramı keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirin aparıcısı telejurnalist və aparıcı Zümrüd Şahova olub. Konsert proqramında Azərbaycanın tanınmış incəsənət nümayəndələri, Əməkdar Artist Aybəniz Haşımova, estradamızın sevilən müğənnilərindən Rövşən Səfərov, Fərid Mərd, yeni ulduz, beynəlxalq müsabiqələr laureatı Aynur Yusifova, eləcə də digər sənətçilər çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Bayram tədbirində xanəndələrin ifaları, Qaradağ Rayon 7 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin "Arzu” rəqs kollektivinin rəngarəng çıxışları da böyük maraqla qarşılanıb. Musiqi və rəqs nömrələri tədbirə xüsusi ovqat qataraq iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramında Qaradağ rayon sakinləri, şəhid ailələri, qazilər və rayonun qonaqları iştirak ediblər. Milli birlik və həmrəylik ruhunda keçən tədbir yüksək əhval-ruhiyyə ilə yadda qalıb.
Qeyd edək ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və ölkənin inkişaf yoluna çıxmasında mühüm rol oynayan tarixi gündür. Bu əlamətdar tarix münasibətilə təşkil olunan tədbir iştirakçılara bayram ovqatı bəxş edib və böyük rəğbətlə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:270
Bu xəbər 12 İyun 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















