Qaradağda Milli Qurtuluş Günü ilə bağlı bayram tədbiri Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Qaradağ rayonunda geniş bayram tədbiri təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirə rayon sakinləri böyük maraq göstəriblər. Əllərində Azərbaycan bayraqları olan yüzlərlə insan tədbirə toplaşaraq birlik və həmrəylik nümayiş etdiriblər.
Bayram tədbirində vətənə, dövlətçiliyə və milli birliyə həsr olunmuş mahnılar ifa edilib. Səhnənin fonunda nümayiş olunan Ümummilli Lider Heydər Əliyevin portreti və “15 İyun - Milli Qurtuluş Günü” yazısı tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.
Axşam saatlarında isə bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb. Səmaya yüksələn parlaq fişənglər iştirakçılara unudulmaz anlar yaşadıb, bayram əhval-ruhiyyəsini daha da artırıb.
Qeyd edək ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və sabitliyin təmin olunması baxımından mühüm tarixi əhəmiyyətə malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















