Icma.az
close
up
RU
Qaradağda “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib

Qaradağda “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 12-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar YAP Qaradağ rayon təşkilatının və Mərkəzin birlikdə təşkil etdiyi “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib.     

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Əməkdar jurnalist, yazıçı-publisist Etibar Babayev, Xalq rəssamı Arif Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, YAP Qaradağ rayon təşkilatının və Mərkəzin əməkdaşları, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Lökbatan qəsəbəsi Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq bu dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayıb, qonaqları təqdim edib. 15 İyun - Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu vurğulayan YAP Qaradağ rayon təşkilatının sədri qeyd edib ki, həmin vaxt Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizi itirmək təhlükəsindən, xaosdan, vətəndaş qarşıdurmasından, qonşu Ermənistan tərəfindən ərazilərimizin işğalının davam etməsindən xilas edib. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının başına gətirilən böyük faciələrin Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş verdiyini xatırladan YAP rayon təşkilatının sədri məhz Ulu öndərin hakimiyətə qayıdışından sonra bütün bunlara son qoyulduğunu bildirib.

Tədbirdə çıxış edən  Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov keçmiş Sovet İttifaqının dağılmasından sonra baş verən mürəkkəb proseslər, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası barədə xatirələrini bölüşüb.

Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Etibar Babayev müəlifi olduğu və qardaş Türkiyə Respublikasında nəşr olunmuş “Heydər Əliyev xatirələr işığında” kitabı haqqında mlumat verib. Uzun illər Ulu öndərin rəhbərliyi altında çalışdığını xatırladan Etibar Babayev bu dahi şəxsiyyətin dövlət idarəçiliyində öz məktəbini yaratdığını, bu məktəbin yetriməsi olmaqdan qürur duyduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev kimi şəxsiyyətlərin doğum günü olsa da, ölüm günü olmur, çünki belə şəxsiyyətlər nəhəng fəaliyyətləri ilə məxsus olduqları xalqların tarixi yaddaşında əbədi iz qoyurlar.

Sonra Ulu öndərin zəngin dövlətçilik fəaliyyətndən bəhs edən “Milli Qurtuluşdan Böyük Zəfərə” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə digər çıxış edənlər: Xalq rəssamı Arif Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Şəhid Türkay Hüseynlinin atası, şair  Nizami Hüseynli, Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri Həsrət Almasov, Şəhid anası Rəqibə Seyidova, ABŞ Psixoloqlar Assosiasiysının üzvü Rəna Haqverdiyeva və başqaları Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində tutduğu yer, Ulu öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra çox qısa müddətdə ölkəmizi hərc-mərclikdən, xaosdan xilas etməsindən, erməni işğalına son qoymasından, iqtisadi tərəqqini təmin edən və xalqımızı firavan həyat yoluna çıxaran islahatlarından ətraflı bəhs ediblər. 

Sonra Yeni Azərbaycan Partiyasına qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Sonda Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri