Qaradağın vəsiqəsiz “avtoş” sürücüsü 20 günlük HƏBS EDILDI VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, “VAZ-2107” və “Dacia” markalı avtomobillərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına real təhlükə yaradan, eləcə də avtomobilin konstruksiyasına müdaxilə edən sürücü - Cəsur İsayev aşkar olunaraq saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub və toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü - C.İsayev 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir neçə gün öncə sözügedən sürücüylə bağlı saytımızda xəbər dərc olunmuşdu.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 05 Dekabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















