Icma.az
close
up
RU
Qaragözlər və göygözlər İmarət Cəlilqızının hekayəsi

Qaragözlər və göygözlər İmarət Cəlilqızının hekayəsi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az İmarət Cəlilqızının "Qaragözlər və göygözlər" hekayəsini təqdim edir.

Bir gün A. ilə B. bağçada oturub ara-sıra söhbət edərək dincəlirdilər. Bir azdan onlara C. D. Ə. K. və T. də qoşuldu. Hamısı başladı söhbət etməyə. B. söhbətə az qoşulur, daha çox dinləyirdi. Söhbət hamının az-çox yoldaşlıq etdiyi, A.-nın isə buradakılara nisbətən daha yaxın ünsiyyətdə oldugu N.-dən düsdü.

C. üzünü A.-ya tutub dedi:

- Doğrusu, mənim bu N.-dən heç gözüm su içmir, yaman qəliz adama oxşayır.

A.çiyinlərini çəkib sakitcə dedi:

- Ola bilər.

D. söhbətə qoşuldu:

- Məncə, haqsız danışırsan, C., N. heç də qəliz birisi deyil, əksinə, çox yaxşı, ziyansız bir adamdır. Düz demirəmmi, A.?

A. yenə də çiyinlərini çəkib:

- Yəqin ki, düz deyirsən,- dedi.

Ə. də söhbətə qoşuldu:

-Düzunə qalsa, N. heç yoldaşlığa yarayası biri deyil, vallah. Yəqin, A. da sözümü haçansa təsdiqləyər, hə? – üzünü A.-ya tutub soruşdu,- elə deyil?

A. əvvəlki tövrünü dəyişmədən cavab verdi:

- Nə deyim?.. Bəlkə də, elədir.

K. da müzakirədən kənarda qalmaq istəməyib N. haqqında fikrini soylədi:

- Nə deyirsiz, deyin, mən N. haqqında yaxşı fikirdəyəm, ondan indiyə kimi xoşuma gəlməyən bir söz eşitməmişəm, bir hərəkət görməmişəm. Məncə, N. pis adam deyil, yox, ay A.?

A. gülümsəyib dedi:

-Görunur, belədir ki, belə düşünürsən.

T. isə N. haqqında fikrini qəti və konkret bəyan etdi:

- Siz özunuz bilərsiz, amma mənim bu N.-dən nəsə heç xosum gəlmir. Belə birtəhər adamdı ey!.. A. da gərək məndən inciməsin buna görə, etiraz eləyib dostunu müdafiə edə bilər, amma mən öz fikrimdə qalıram.

A. əllərini yana açıb gülümsər halda dedi:

- Nəyə görə inciməliyəm ki? Qətiyyən incimirəm, heç bir etirazim da yoxdur.

Təkcə B. sohbətə qoşulmadı.

Gələnlər bir xeyli də ordan- burdan söhbət eyləyib getdilər. Bağçada yenə A. ilə B. qaldı. Elə ki hamı getdi, B. üzünü A.-ya tutub soruşdu:

- Bura bax, A., mənə bir söylə görüm, sən N. haqqında nə fikirldəsən?

A. qətiyyətli bir tövrlə dedi:

- Çox yaxsi fikirdəyəm. Nolub ki? Niyə soruşursan, bəyəm sən bunu bilmirsən ki?

- Bilirəm. Elə bildiyimə görə də bayaq əməlli təəccübləndim.

-Nəyə təəccübləndin?

- Sənin münasibətinə.

-Necə ki?

-Sən N. haqqında elə hamının fikrini təsdiqlədin - yaxşı danışanın da, bəd danışanın da. Basa düşmədim sənin bu mövqeyini. Niyə yanlış danışanın sözünə etiraz eləmədin ki?

-Kim idi ki yanlış danışan? Yanlış danışan bir adam yox idi ki. Kimə etiraz eləməliydim?

B. təəccübləndi:

-Necə yəni yox idi?!.. Bəyəm hamı düzünü dedi bayaq? Eşitmədinmi T. necə kəskin danışdı? N. onun düşündüyü kimi xoşagəlməz birisi deyil axı.

A. yüngülcə gülümsədi, gözlərini qıyıb bir neçə an düşündü. Sonra dedi:

-Gəl, sənə bir əhvalat danışım. Bunu mənə vaxtilə keçmiş tələbə yoldaşım danışıb. Deyir, onların kəndində gözləri gömgöy – göy rəngin əcaib bir çalarında olan bir kişi varmış. Kim bu kişini ilk dəfə görürmüşsə, gözlərinin bu qəribə rəngi dərhal diqqətini cəlb edirmiş. Bir dəfə də kəndin kişiləri bazar qabağında oturub söhbət etdikləri vaxt oturanlardan biri bu göygöz kişidən soruşur:

-Dayı, deyirlər göygözlər qaragözlərdən iti görürlər, düzdür?

Kişi qaşqabağını töküb sual verənə əyri-əyri baxaraq sərt cavab verir:

- Mən nə bilim?.. Heç vaxt qara gözüm olmayıb.

A. söhbətinə davam etdi:

-O vaxt bu əhvalatı eşidəndə kişinin bu cavabı mənə ləzzət eləmişdi.

B. xəbər aldı:

-Başa düşmədim, bu əhvalatın bizim söhbətimizə nə aidiyyəti var?

A. dedi:

- Belə baxanda adi bir əhvalatdır, amma əslində xeyli dərin mənası var. Bax sən bir az əvvəl mənə irad tuturdun ki, niyə bayaqkı həmsöhbətlərin bəzi fikirlərinə etiraz eləmədim. Necə etiraz edə bilərəm?! Mənim, o göygöz kişi demişkən, heç vaxt onların gözləri kimi gözlərim olmayıb ki, rast gəldiyim hər şeyə onların gözü ilə də baxa bilim: mənim öz gözlərim var, onların da öz gözləri. Mən onlar kimi baxa bilmərəm, onların da hər biri mənim kimi. Mən onları mənim gördüyümü görməyə məcbur edə bilmərəm, onlar da məni. Hər kəs gördüyü hər şeyi öz ağlına, düşüncəsinə, zəkasına, dərrakəsinə uyğun dəyərləndirir. Bu dəyərləndirmənin nəticəsini digərləri qəbul etməyə bilər, amma heç kəsin haqqı da yoxdur ki, başqasının fikrinə müdaxilə edib onu öz maraqlarına uyğun məzmunda dəyişdirməyə cəhd eləsin.

Bayaq N. haqqında hərə bir fikir söylədi. Bu fikirlərin heç biri mənfi və ya müsbət məzmunundan asılı olmadan mənim N. haqqında fikrimə təsir edə bilməz--bu fikir birdən-birə yaranmayıb ki, hər hansı bir kənar təsirlə birdən-birə də dəyişsin. Hər hansı bir insan, obyekt, situasiya haqqında gəldiyimiz nəticələr məhz öz gözlərimizlə gördüyümüz, öz qulağımızla eşitdiyimiz, öz fəhmimizlə duyduğumuz, öz dərrakəmizlə anladığımız hər şeyin qaynayıb-qarışmasından tədricən yaranır. Bu nəticələr bir-birindən ona görə fərqli olur ki, göz, qulaq, fəhm, dərrakə, necə deyərlər, hərədə bir cür işləyir. Ona görə də mən N. haqqında bayaq söylənmiş fikirlərin heç birini qarşı-qarşıya qoymadım, buna heç haqqım da yox idi. Bəlkə, mən yanlış düşünürəm, tutaq ki, T. doğru -- hardan bilim? Və ya kim sübut edə bilər ki, T. yanlış düşünür, K. doğru?

O göygöz kişi demişkən, bir adam dünyanı ya qaragöz kimi görür, ya da göygöz kimi. Həm qaragöz, həm göygöz kimi və ya gah qaragöz, gah göygöz kimi görmür ki, fərqləndirə bilsin, görək hansı daha iti görür.

A. sözünü bitirib bayaqdan bir kəlmə danışmadan onu dinləyən B.-yə baxıb qımışdı, soruşdu:

- Hə, nədi? Göygöz kişi məsələsinin bizim bayaqkı söhbətimizə bir aidiyyəti var, yoxsa yox, səncə?

B. heç nə demədi. Fikrə getmişdi.

Uşaq İncəsənət Festivalının ikinci seçim mərhələsi başlandı Xalq artisti Röyaya ağır itki 50 film "Sarayevonun qəlbi"ni qazanmaq üçün yarışacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri