Icma.az
close
up
RU
Bulağın nağılı İmarət Cəlilqızının hekayəsi

Bulağın nağılı İmarət Cəlilqızının hekayəsi

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az İmarət Cəlilqızının “Bulağın nağılı” nağıl-hekayəsini təqdim edir.

Biri var idi, biri yox idi. Bir bulaq var idi. Bu bulağın təmiz və şəfalı suyu durmadan axır, çəmənlikdəki körpə otları, çiçəkləri suvarır, onları qurumaqdan qoruyurdu.

Bir gün Tanrı bulağı səslədi və ona belə dedi:

- Sənin olduğun yerdən bir-iki mənzil uzaqda bir ağac var, o ağacın yanına get, hər gün onu sula, o ağacın şəfalı bulaq suyuna ehtiyacı var.
Tanrının onun suyunu şəfalı adlandırmasından çox sevinən bulaq "baş üstə" deyib Onun göstərdiyi istiqamətdə axdı və nişan verdiyi ağacın yaxınlığında üzə çıxdı. O, ağacı görərkən çox təəccübləndi: bu, şəfalı suya ehtiyacı olan bir ağaca heç oxşamırdı, ətrafındakı digər ağaclardan daha uca, daha möhkəm, daha əzəmətli görünürdü. Dörd tərəfə uzanmış yaşıl yarpaqlı budaqlarının üstü meyvələrlə dolu idi.

Bulaq düşündü ki, bəlkə, yanlış yerə gəlib, ona görə də Tanrını səsləyib xəbər aldı. Tanrı dedi:

- Yanlış deyil, düz tapmısan. Suya ehtiyacı olan məhz o ağacdır.

Bulaq təəccüblə dedi:

- Tanrım, axı bu ağac çox möhkəm, barlı-bəhərlidir, onun mənim kimi sısqa bir bulağın suyuna nə ehtiyacı ola bilər?

Tanrı söylədi:

- Sən mənim tapşırığımı yerinə yetir, qalanı ilə işin olmasın.

Bulaq Tanrının tələbinə sakitcə itaət edərək suyunu ağaca doğru yönəltdi.

Öz möhtəşəm görkəmi ilə digərlərində həsəd hissi yaradan ağac isə geniş talada həmişəki kimi vüqarla dayanıb ətrafını seyr edirdi ki, birdən gözü bulağa sataşdı. Suyunu ona tərəf axıdan bulağın bu hərəkəti onu əvvəlcə təəccübləndirdi:

- Eyy! Sən haradan peyda oldun?

Bulaq heç nə deməyib ağaca doğru axmaqda davam etdi.

Ağac elə bildi bulaq onun səsini eşitməyib, ucadan səsləndi:

- Səninləyəm, balaca! Eşitmirsən? Sənin burda nə işin var?

Bulaq cavab verdi:

- Mən sənə su gətirmişəm.

- Su?! Mən haçan səndən su istədim ki? Göydən yağış yağır. Yağış yağmayanda da suyu torpağın dərinliyindən mən özüm istədiyim qədər çəkə bilirəm. Nahaq zəhmət çəkmə. Mənim bulaq suyuna ehtiyacım yoxdur.

Ağacın bu sözləri bulağın qəlbinə toxundu. İstədi mətləbi izah eləsin ağaca, amma heç bir söz deməyib susdu və oranı tərk edib əvvəlki çəmənliyə qayıtdı.

Tanrı bütün bunların hamısını görürdü. O, bir neçə vaxt bulağa heç nə deməyib onun halını müşahidə etdi. Bulaq əvvəlki kimi çəməndə öz işinə məşğul idi, çiçəkləri sulayır, otlara can verirdi, amma Tanrı onun ürəyindəki nisgili hiss edirdi: görünür, ağacın sözləri bulağı çox incitmişdi.

Bir gün o, yenə bulağı səsləyib xəbər aldı:

- Sən niyə yenə burdasan? Mən ki səni başqa yerə göndərmişdim.

Bulaq qüssəli-qüssəli cavab verdi:

- Tanrım, o ağacın bulaq suyuna həqiqətən ehtiyacı yoxdur, o, suyu yağışdan alır, ya da yerin təkindən özü çəkə bilir. Özü mənə belə söylədi.

Tanrı dedi:
- Onun nəyə ehtiyacı olub-olmadığını sən məndən yaxşı bilirsən? Mən sənə necə tapşırmışam, elə də et - qayıt ağacın olduğu yerə və tapşırığıma necə olur-olsun, əməl elə.

Bulaq dinməz-söyləməz yenə Tanrının göstərdiyi istiqamətə yönəlıb həmin ağacın olduğu yerdə üzə çıxdı və ona tərəf axmağa başladı.
Ağac bulağın qayıtdığını görüb onu yenə tənəli sözlərlə çıxıb getməyə məcbur etmək istədi, amma sonra nə fikirləşdisə, heç bir söz demədi. Budaqlarından birini əyib bulağın gözünü tutdu. Gözü tutulmuş bulaq Tanrını köməyə çağırmaq istədi. Amma Onun "tapşırığıma necə olur-olsun, əməl elə" sözlərini xatırlayıb susdu. Görünür, Tanrının bildiyi, onun - bulağın isə anlaya bilməyəcəyi nəsə bir səbəb vardı ki, Tanrı israrla bulaqdan verdiyi tapşırığın yerinə yetirilməsini istəyirdi. Bəs bulaq gözü tutulmuş halda nə edə bilərdi?! O, bir xeyli düşündükdən sonra torpağın altı ilə axmağa başladı. Bir yerə çatanda hiss etdi ki, burada torpaq xeyli istidir. Həmin yerdə üzə çıxdı. Bura açıqlıq bir yer idi və üzərinə bütün günü günəş şüaları düşürdü. Bulaq məhz belə bir yer axtarırdı.

Hər gün isti günəş torpağın üstünə çıxmış bulağın suyunu buxarlandırır və göyə qaldırırdı. Yavaş-yavaş bulağın şəffaf suyundan göydə yağış dolu bir bulud yarandı. Bulaq çöldə əsən küləkdən xahiş etdi ki, göydəki o yağış dolu buludu Tanrının ona nişan verdiyi o ağaca doğru aparsın. Külək bulağın xahişinə əməl etdi. Yağış dolu bulud həmin ağacın başı üzərinə çatanda oradakı başqa buludlarla toqquşdu. Toqquşma səsi dalğa-dalğa ətrafa yayıldı və bulağın qulağına da çatdı. Bulaq rahatlıqla köksünü ötürüb gülümsədi: o, Tanrının buyurduğuna əməl edə bilmişdi. Bundan sonrası yenə ona aid olacaqdımı, olmayacaqdımı - bulaq bunu bilmirdi, əsas olan bu idi ki, o, Tanrının ona etibar etdiyi bir işi yerinə yetirə bilmişdi.

Elə ki yağış dolu bulud digər buludlarla toqquşdu, göydən sanki nur damlaları yağdı. Bütün ağaclar bu nur damlalarından doyunca içdilər.

Tanrının nişan verdiyi ağacın yarpaqları və meyvələri də su içib, yuyunub bərq vurdu.

Sərin damlaları budaq qolları, yarpaq əllərilə tutub meyvələrinə içirən ağacın heç ağlına da gəlmədi ki, bu sərin və parlaq damlalar yerdə gözünü tutduğu həmin o bulağın suyudur ki, göydə yağışa çevrilib onun üstünə çilənir.

Samir Bağırov: "Xərçəng olmağım..." Məşhur serialın posteri yayımlandı Məşhur qocanın ziyarətinə gələn mələk - Cənnətə düşənləri kim qarşılayır?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri