Icma.az
close
up
RU
Qarakənd səmasının qara tarixçəsi

Qarakənd səmasının qara tarixçəsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın dövlət adamlarını aparan helikopterin Xocavənddə vurulması siyasi terror idi

Təşkilatçı və icraçıların kimliyindən asılı olmayaraq, bu qanlı hadisə birbaşa Azərbaycan dövlətinə, ümumiyyətlə, dövlətçiliyimizə qarşı törədilən terror aktı kimi qəbul olunmalıdır. 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın dövlət və hökumət rəsmilərinin olduğu “Mi-8 N72” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasından 34 il ötüb. Bu terror hadisəsi nəticəsində helikopterdəki 22 nəfərin hamısı həlak olub.

…Faciədən sonrakı günlərdə yerli və beynəlxalq ictimaiyyətə Qarakənd faciəsi haqqında ağ yalan tirajladılar. Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması versiyası irəli sürülsə də, bir neçə gün sonra onun vurulması faktı təsdiqləndi. Erməni separatçıları bu qanlı olayla özlərinin terrorçu xislətini bir daha nümayiş etdirdilər. Bəli, əslində, “Daşnaksütyun” partiyasının XIX əsrin sonlarından müsəlman türklərə qarşı başlatdıqları terror “dumanı” XX əsrin sonlarında da dövlətimizin və xalqımızın başı üzərindən çəkilməmişdi. Bədnam qonşularımız Azərbaycana qarşı ərazi iddialarını xəyanət və məkr dumanına bürüyüb uzun müddət gözümüzü pərdələməyə çalışdılar. Mənfur düşmən öz çirkin planlarını reallaşdırmaq üçün fürsət düşdükcə Azərbaycan xalqının “düşünən beyinlərini” fiziki cəhətdən aradan götürməkdən belə çəkinmirdi. Tarixin arxivinə göndərdiyimiz Qarabağ münaqişəsi həm də hayların əsl simasının üzə çıxmasına, maskalarının yırtılmasına şərait yaratmış oldu.

…Hesablamalara görə, Qarakənd üzərində 300 metr yüksəklikdə uçan helikopter 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub. Hadisə zamanı Azərbaycanın dövlət katibi, akademik Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, Şuşa rayon partiya komitəsinin birinci katibi Vaqif Cəfərov, 26-lar (indiki Səbail) rayon partiya komitəsinin birinci katibi Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, AzTV-nin əməkdaşı Arif Hüseynzadə, opeator Fəxrəddin Şahbazov, Rusiya–Qazaxıstan sülhməramlı missiyasının üzvləri və ekipaj üzvləri həlak olub. Faciə ərəfəsində, dəqiq desək, noyabrın 18-də SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur, respublika və DQMV rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasını Stepanakertdə (Xankəndi - red.) keçirməyi xahiş edir. Əsl səbəb Azərbaycana qarşı ərazi iddiası irəli sürən separatçıların liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Rəsmi Moskva o zaman Azərbaycanda böyük nüfuza malik şəxslərin həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Heyətə Azərbaycan KM MK-nın ikinci katibi Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl “ölüm siyahısı” yenilənir və Viktor Polyaniçkonun, güc nazirliklərinin qeyri-millətdən olan əməkdaşlarının adları siyahıdan çıxarılır. Məsələ burasındadır ki, içərisində tanınmış dövlət xadimlərinin və ziyalıların olduğu helikopteri hərbi vertolyotlar müşayiət etməli idilər, amma etmirlər.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açıldı, istintaqın aparılması Respublika Prokurorluğuna həvalə edildi. Sonradan cinayət işi üzrə istintaq dayandırıldı. Buna səbəb kimi terror aktının baş verdiyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması göstərildi.

…Dəhşətli faciənin üstündən 34 il keçsə də onunla bağlı cavabsız suallar, müəmmalar bitib-tükənmir. Azərbaycan üçün böyük zərbə olan bu qanlı hadisənin təfərrüatlarının sirr pərdəsinə büründüyü indi də müzakirə mövzusudur. Məsələn, faciə ilə bağlı keçən illər ərzində ən sensasion iddialar 1991-ci ilin noyabrında DİN-in Baş Cinayət-Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Bayram İsmayılova məxsusdur. Sabiq əməliyyatçı hadisədən dərhal sonra həmin əraziyə yollandıqlarını, ora çatdıqları zaman rus əsgərlərini gördüklərini bildirib. O, meyitlərin bir çoxunun tanınmaz hala düşdüyünü, cəsədlərin sayının helikopterin göyərtəsindəkilərin sayından az olduğunu qeyd edib.

Əslində, güman etməyə əsasımız var ki, bu terror aktı konkret şəxslərə qarşı deyil, Azərbaycanın müstəqilliyə gedən yolunun ləngidilməsinə, hətta bu prosesin dayandırılmasına yönəlmiş hadisə idi. Terror cinayətini təşkil edən əməllərdən hər biri planlı və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində baş verən hadisə sayıla bilməz. Eyni zamanda, qanlı hadisənin törədilmə məqsədinin, vaxtının və mümkün nəticələrinin analizi onun terror aktı kimi tövsif olunması üçün kifayət edir. Xilas olmağa can atan insanların pusqudan gülləbaran edilməsi hayların məhz etnik təmizləmə – soyqırımı törətmək niyyətindən xəbər verir. Bu amansız cinayətin Azərbaycan dövlətinə, onun milli kadrlarına qarşı yönəldiyi göz önündədir.

Hadisənin başvermə səbəblərini araşdıran DİN-in İstintaq komissiyasının məlumatında diqqəti cəlb edən maraqlı detal var. O vaxt nə ermənilərdə, nə də azərbaycanlılarda hava qurğusunu vuran raket sistemləri yox idi. Helikopterin yerdən, guya, avtomat, yaxud pulemyotla vurulması versiyası ağlabatan deyil. Şahidlərin dediyinə görə, hava gəmisi göydə parçalanıb. Hadisə baş verən vaxt ərazidə qoyun otaran çoban olub və o, göydə vertolyotun parçalanıb yerə düşdüyünü gözləri ilə görüb. Bu qanlı cinayətin SSRİ-ni saxlamağa çalışanların əməli olduğu fərziyyəsi də ictimaiyyət arasında dolaşmaqdadır. Müstəntiqlər kifayət qədər iş görsələr də hadisənin üstü bugünədək tam açılmayıb. Moskvaya aparılan helikopterin qara qutusundan bugünədək səs-soraq yoxdur… Sonradan məlum olacaq ki, qara qutunun Moskvaya aparılması bu cinayətin üstünün açılmasının qarşısını almaq üçün idi.

…Bəli, 20 noyabr faciəsi bu gün də Azərbaycan tarixinin qaranlıq səhifələrindən biri sayılır. Doğrudur, o cinayəti törədənlərin hələlik məhkəməsini görməsək də, 44 günlük Vətən müharibəsində, birgünlük antiterror tədbirində Azərbaycan Ordusu Xocalı, Başlıbel, Bağanıs Ayrım və digər qətliamlarda erməni hərbi caniləri tərəfindən öldürülmüş soydaşlarımızla yanaşı, Qarakənd səmasında terrora tuş gələn dövlət və hökumət yetkililərimizin, həmkarlarımızın, eləcə də şəhidlərimizin qisasını layiqincə aldı. İndi həm Qarakənd faciəsinin, həm də ondan sonra xalqımızın başına gətirilən bir çox müsibətlərin, qətliamların əliqanlı “müəllifləri” üçün məhşər günləri başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağdakı keçmiş xunta rejiminin separatçıları üzərində davam edən prosesdə təkzibolunmaz fakt, sübut, foto-video sənədlər “danışır”. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliyin canlı şahidləri 30 – 35 il bundan əvvəl baş verənləri təkcə hakimə, prokurora deyil, bütün dünyaya bəyan edirlər. Beynəlxalq ictimaiyyət Qarabağda baş verən olaylar, Xocalı soyqırımı, digər etnik təmizləmə aktları, ümumiyyətlə, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi terror və təcavüzkar işğalçılıq siyasəti barədə əsl həqiqətlərdən xəbər tutur.

Keçmişə nəzər salsaq görərik ki, müharibə cinayətkarları, terrorçular, qatillər, insanlıqdan nəsibini almamış cəlladlar gec-tez Femida qarşısında cavab verməli olublar. Həmin tarixi günün gələcəyinə ümid edir, 34 il əvvəl “qara qutusu yoxa çıxmış” helikopter faciəsi kimi, qaranlığa bürünən bütün həqiqətlərin gün işığına çıxacağına inanırıq.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri