Qaralmaq istəyərkən xərçəng ola bilərsiniz Diqqət!
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Yay gələndə insanlar qaralmaq üçün günün altında saatlarla qalırlar.
Ölkə.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir daha qaralmanın dəri sağlamlığı üçün böyük təhlükə olduğuna diqqət çəkib.
Rəsmi qurumların elmi məlumatlarına görə, qaralmanın əsasını dərini zədələyən ultrabənövşəyi (UV) şüalar təşkil etdiyi müəyyən edilmişdir. UV şüaları dəri hüceyrələrində DNT zədələnməsinə səbəb olaraq dəri xərçənginin yaranmasında mühüm rol oynayır.
Günəş işığı bazal hüceyrəli və skuamöz hüceyrəli dəri xərçənginin, xüsusən də melanomanın artmasında əhəmiyyətli bir faktor olaraq görülür.
Bu məqamda mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş vannasının müddəti və tezliyi nəzarətdə saxlanılmalıdır.
Billurə


