Icma.az
close
up
RU
“Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də orada heç bir pişik yoxdursa“ Medvedev

“Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də orada heç bir pişik yoxdursa“ Medvedev

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Trampın nüvə bəyanatları Kremldə istehza ilə qarşılanıb..."

ABŞ prezidenti Donald Tramp bu həftə Virciniyada çıxışı zamanı Amerikanın hərbi gücünü vurğulayaraq bəyan edib ki, ölkə "Rusiyadan ən azı 20 il qabaqdadır" və nüvə arsenalı tamamilə modernləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.

Trampın nüvə mesajı

ABŞ prezidentinin sözlərinə görə, ABŞ-ın ixtiyarında olan "bir-iki atom sualtı qayığı" Rusiyanın sahillərinə göndərilib və onları "tapmaq, demək olar, mümkünsüzdür". Bununla belə, Tramp nüvə sözünün dilə gətirilməsini belə təhlükəli sayaraq "N hərfindən başlayan iki söz var, ikisini də işlətmək olmaz" deyib.

Medvedevin istehzalı cavabı

Kreml rəhbəri Vladimir Putinin yaxın adamı, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu bəyanata istehza ilə cavab verib. SİTA dövlət agentliyinin yaydığı məlumata görə, o, Rusiya dövlət messencerində yazıb: "Donald Tramp yenə də sualtı qayıqlardan danışır və deyir ki, onları heç kim görə bilməz. Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də, əgər orada heç bir pişik yoxdursa".
Medvedevin sözləri Trampın hədəsini açıq-aşkar blef kimi qələmə verib.

Uzun sürən şəxsi qarşıdurma

Bu atışma Tramp və Medvedev arasında artıq aylardır davam edən söz müharibəsinin bir hissəsidir. İyundan bəri rusiyalı siyasətçi mütəmadi olaraq Trampı lağa qoyur, onun Ukrayna məsələsində dəyişkən mövqeyini məsxərəyə çevirir. Tramp isə cavabında Medvedevi "N sözü ilə oynamaq"da, yəni nüvə silahlarını qeyri-ciddi müzakirə etməkdə ittiham edir. O, hətta yayda "əgər Medvedevin İrana nüvə başlıqları ötürmək barədə dedikləri təsdiqlənərsə, mənə dərhal xəbər verin", -  o, "Truth Social"da yazıb.

Siyasi fon və nəticələr

Tramp son aylar Ukrayna məsələsində mövqeyini dəyişərək Kiyevin işğal olunmuş əraziləri tam bərpa etməsi ideyasını dəstəkləməyə başlayıb. Əvvəllər isə o, kompromis və güzəştlərə çağırıb. Paralel olaraq ABŞ-ın nüvə gücü ilə bağlı sərt bəyanatları həm Rusiya, həm də Avropada müzakirələr doğurub. Lakin Kremlin reaksiyası aydın oldu: Trampın atom sualtı gəmisi ilə bağlı sözləri Rusiyada qorxu yaratmaq əvəzinə, yalnız istehza və kinayə ilə qarşılanıb.

İstehza, yoxsa nüfuz itkisi?

Bir vaxtlar Qərbdə "islahatçı" imici ilə tanınan Dmitri Medvedev indi Kremlin ən sərt ritorikasını təkrar edən, nüvə mövzusunu zarafat obyektinə çevirən siyasətçiyə çevrilib. Onun sözləri beynəlxalq ictimaiyyətdə ciddi qəbul edilmir, daha çox sosial mediada istehza doğurur.

Tənqidçilər qeyd edir ki, nüvə silahı kimi həssas mövzu üzərində belə qeyri-ciddi açıqlamalar vermək Rusiyanın strateji etibarlılığına zərbə vurur. Medvedevin cavabı Trampın ritorikasını zəiflətmək əvəzinə, əksinə, Kremlin diplomatik zəifliyini daha da açıq göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri