Medvedev: Gürcüstan Ukrayna yolu ilə sürətlə qaranlıq uçuruma doğru irəliləyir
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Adətən bu hadisələrin sonu çox pis bitir”
"Gürcüstan Ukrayna yolu ilə sürətlə “qaranlıq uçuruma” doğru irəliləyir və yeni vətəndaş qarşıdurmaları üçün ilkin şərtlər var". Sherg.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.
Gürcüstanda müxalifətin növbəti etiraz aksiyaları cümə axşamı baş nazir İrakli Kobaxidzenin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların dayandırılması qərarını elan etməsindən sonra başlayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında bunları qeyd edib:
“Gürcüstanda növbəti “rəngli (“qızılgül”, “narıncı” və s.) inqilaba cəhdlər var... Gürcüstanı yenidən vətəndaş qarşıdurması uçurumuna salmaq, onu yenidən seçim etməyə məcbur etmək üçün bütün ilkin şərtlər var. Bir tərəfdə təkəbbürlü AB, NATO və Pindostan, digər yanda isə qədim Sakartvelo diyarı. Bir sözlə, qonşular Ukrayna yolu ilə sürətlə qaranlıq uçuruma doğru irəliləyirlər. Adətən bu hadisələrin sonu çox pis bitir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 01 Dekabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















