Icma.az
close
up
RU
Qaraqoyunlu dövründə Azərbaycan dili Avropada...

Qaraqoyunlu dövründə Azərbaycan dili Avropada...

Icma.az, Axar.az saytına istinadən bildirir.

Bavariyalı İohan Şiltberger xaçlı ordusunun gənc əsgəri kimi 1396-cı ildə Niqbolu döyüşündə Osmanlılara əsir düşür. Sultan 16 yaşlı gənci öldürmür və onu xidmətə alır. İldırım Bəyazidə uzun zaman xidmət edir. Ankara döyüşündən sonra isə Əmir Teymurun xidmətçisi olur.

Teymurun ölümündən sonra müxtəlif yerli hakimlərin, o cümlədən Azərbaycan ərazisində hökmranlıq edən Qaraqoyunlu rəhbərlərinin yanında qalır və burda xidmət edir.

Şiltberger 1427-ci ildə evinə qayıtdıqdan sonra xatirələri olan “Səyahət kitabı”nı (Reisebuch) yazır və təxminən 1473-cü ildə Auqsburqda çap etdirir.

Kitabda Azərbaycanın şəhərləri - Təbriz, Marağa və Qarabağın qışlaqları haqqında geniş məlumatlar var. O, Təbrizin böyük və zəngin bir şəhər olduğunu yazır.

Bu kitabda o, Azərbaycan türkcəsində “Atamız” duasını latın hərfləri ilə qeyd edib. Bu, dilimizin latın qrafikası ilə yazılmış ən qədim nümunələrindən biri sayılır. Şiltberger kitabında Azərbaycan türklərinin “səlamun-əleykum” deyərək salamlaşdıqların yazır. O, Azərbaycan ərazisindən bəhs edərkən insanların çox qonaqpərvər olduğunu və yadellilərə “chas (xoş) gəldiniz” dediklərini xüsusi qeyd edir.

Əlyazmada Azərbaycan dilindəki hissəni Şiltberger “Tatarca” (Thayterisch) başlığı altında təqdim edir.

Şəkildəki latın hərfləri ilə yazılmış hissə belədir:

“Atha wisum chy Chok-ta sen” (Atamız ki, göydəsən. Burada “gök” (göy) sözü “chok” kimi qeyd edilib).

“Algusch ludur senung Adung” (Alqışlıdır sənin adın. “Alqışlı” sözü müqəddəs, tərifəlayiq mənasında işlənib).

“Kelsun senung Hauluchung”

(Gəlsin sənin xanlığın. Şiltberger “xanlıq” (səltənət) sözünü “hauluchung” kimi eşidib yazıya alıb).

“Belsun senung archung aley Gierda uk achi

(Olsun sənin ərkin (iradən) necə ki yerdə... “Ərk” sözü burada iradə mənasındadır).

Wer wisum gundaluch Otmak chumusen wougun

(Ver bizə gündəlik çörəyimizi bu gün. “Otmak” (etmək/ekmək) sözü o dövrdə “çörək” mənasında bütün Azərbaycan ərazisində işlənirdi).

Şiltberger bu duanı 1405-1417-ci illər arasında, Azərbaycanda eşidib.

Kitabın lüğət və ya dialoq hissələrində daha gündəlik sözlərə də rast gəlinir: Su, bas, at, chas (qız-qıpçaq ləhcəsində).

Azərbaycanda türklərin dilində saylar necə deyilir, onu da kitabda qeyd edib: bir, ıcki, üts, tört, besch, alti, yedi, sekis, tokus, on.

Şiltberger bu sözləri yazarkən alman fonetikasından istifadə edirdi. Məsələn, bizdəki “ş” səsini ifadə etmək üçün alman dilindəki “sch” hərf birləşməsini işlədirdi.

Kitabın tam versiyasının PDF forması: https://www.digitale-sammlungen.de/en/view/bsb11546025?fbclid=&page=,1

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 Yanvar 2026 07:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri