Icma.az
close
up
RU
“Qarayev Residence” yaşayış binalarını məhkəmə qərarı olmadan söküb?

“Qarayev Residence” yaşayış binalarını məhkəmə qərarı olmadan söküb?

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Kursus-Nizami” MTK (“Qarayev Residence”) barədə şikayətlər davam etməkdədir.

Pravda.az xəbər verir ki, bu barədə paylaşım edən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, MTK məhkəmə qərarını gözləmədən Bakının Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən yaşayış binasını söküb.

“Məhkəmə sistemimizin acınacaqlı vəziyyətinin göstəricisi tikinti şirkətləri ilə mübahisələrə münasibətdir. Xüsusilə də, mövcud yaşayış binalarını qanunsuz dağıdıb, yerində yeni bina tikən şirkətlər üzrə. Belə şirkətlərdən biri “Kursus-Nizami” MTK-dır. Barəsində dəfərlərlə yazılsa da, bəzi hakimlər hətta qanunu və vicdanı rəhbər tutaraq şirkət əleyhinə qərarlar çıxarsa da, son nəticədə məhkəmə sistemi onun tərəfini tutur. Bu MTK o cümlədən Nizami rayonundakı K.Balakişiyev küçəsi, ev 43-ə iddialıdır. Cəmi 100 manat kapitalı olan “Kursus-Nizami” MTK-ya şəhər icra hakimiyyəti icazə verib ki, get sakinlərlə razılığa gəl, binanı sök, yerində yenisini tik, sakinlərə orada mənzil ver. Guya bina qəzalıdır. Halbuki, bu halda qərarı icra hakimiyyəti deyil, məhkəmə verməli idi – Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında. Hər bir halda MTK sakinlərin xeyli hissəsi ilə heç razılığa da gəlməyib. Axı normal insan necə binasının sökülməsinə razı olar? Yeni binanın tikilməsinə kim təminat verir? 100 manat pulu olan MTK? Bu azmış kimi, tikiləcək binanın heç layihəsi də təsdiq olunmayıb. Buna baxmayaraq, bəzi qanunsuz məhkəmə aktları əsasında sakinləri mənzillərindən zorla çıxarıb, mənzillərini viran qoyublar. Yəni insanları məcbur edirlər ki, bu MTK-nın müştərisi olun. Heç yekun məhkəmə qərarlarını gözləmədən. Məhkəmə işləri isə davam edir. Onlardan biri üzrə iclas sentyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində olacaq. MTK mövqeyini gücləndirmək üçün heç bir arqument gətirmir, gətirə də bilməz. Sadəcə, Ali Məhkəmə də daxil olmaqla digər sakinlərə qarşı çıxarılmış məhkəmə qərarlarını təqdim edir. Yəni baxın, artıq bir neçə işi udmuşuq! Əslində, məhkəmələr də çətin durumdadır. Təbii, MTK-nın haqsız olduğunu hamı başa düşür. Lakin bina da axı faktiki yoxdur. Viran qoyulub! Heç kəs məhkəmə qərarını gözləməyib, indi də məhkəmələri fakt qarşısında qoyurlar ki, bina qəzalı idi də. Əslində, elə deyil, binanı bu hala özləri salıblar. Məhkəmə də o zaman həqiqi məhkəmə olacaq ki, heç kəsə baxmadan faktiki törədilmiş özbaşınalığa göz yummasın, özbaşınalığa qiymət versin, mülkiyyət hüququnu qorusun. Elə etsin ki, bir daha heç kəs məhkəmə qərarı olmadan kiminsə evini söküb hakimləri fakt qarşısında qoymasın. Əks halda, bizdə heç vaxt hüquqi dövlət olmayacaq. İqtisadi inkişaf da olmayacaq. Çünki adi insanın belə mənzili əlindən bu yolla alınırsa, sahibkar hansı ağılla bu ölkəyə pul qoyub iş görsün. Azərbaycanda heç kəsin əmlakına təminat yoxdur. Bununla belə, analoji vəziyyətdə hamıya tövsiyə edirəm ki, tikinti şirkəti ilə razılığa gəlib binanın sökülməsinə yol verməsin. Qoy bu qərarı hər bir halda məhkəmə versin. Ona görə ki, artıq xeyli hal var, tikinti şirkətləri heç binanı tikib yekunlaşdırmır və ya xeyli gecikdirir, söz verdiyi mənzili vermir, tikinti gedə-gedə kirayə haqqı vermir və s. İnsanlar evsiz qalır. Bu halda heç olmasa gələcəkdə vurulmuş zərərin əvəzini dövlətdən tələb etmək olacaq. Çünki məhz dövlətin məhkəmə sistemi bu özbaşınalığa imza atır. Tikinti şirkəti ilə razılaşsaz, sabah dövlət sizə heç nə verməyəcək: deyəcək ki, özün razılaşmısan…” – hüquqşünas bildirib.

Pravda.az məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə və “Kursus” MTK-ya sorğu ünvanlayıb.

Nizami RİH-dən bildirilib ki, suallara daha ətraflı “Kursus” MTK cavab verəcək. Lakin hələ də heç bir mövqe bildirilməyib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri