Icma.az
close
up
RU
Tahir Kərimli “Qarayev Residence”in rəhbərliyinə müraciət etdi

Tahir Kərimli “Qarayev Residence”in rəhbərliyinə müraciət etdi

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

“Biz tez-tez xarici dövlərdə,  hətta bəyənmədiyimiz Rusiyada belə görürük ki, dövlət əhəmiyyətli böyük yollar çəkilir, amma hansısa vətəndaş öz evinin satılmasından narazı qalaraq köçməyib, yol düz onun evinin ətrafından keçir, mülkiyyətinə toxunmayıblar. Dünyanın bütün yerlərində mülkiyyət müqəddəs sayılır. Xüsusi dövlət əhəmiyyətli işlər zamanı belə evin sökülməsi barədə məhkəmələr qərar verə bilərlər. Bu da o zaman ola bilər ki, qarşı tərəf razılıq versin. Hətta məhkəmələr də vətəndaşların mülkiyyət hüququnu gözləməlidirlər. Eyni zamanda bu, çoxmənzilli binalara da aiddir. Ola bilər, sakinlərin bir çoxu söküntüyə razı olur, digərləri yox. “Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-nın Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki sökdüyü binalarla bağlı məhkəmə çəkişmələrini eşitdim. Məhkəmənin yekun qərarı olmadan söküntü işləri aparmaq yolverilməzdir. Əgər vətəndaşların mənzillərinin bərpası ilə bağlı qərarlar veriləcəksə, bu, mütləq həyata keçirilməlidir. Nəyin bahasına olursa-olsun, məhkəmənin qərarı icra olunmalıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

“Ümumiyyətlə, xüsusi dövlət əhəmiyyətli işləri çıxmaq şərti ilə heç bir sahibkar, hətta dövlət orqanı vətəndaşların hüquqlarını 1% belə poza bilməz. Hər kəs buna hörmətlə yanaşmalıdır. Necə ola bilir ki, xeyli sayda ev sahibinin mənzili öz razılığı olmadan əlindən alınsın, sökülsün, onlara kompensasiya da kifayət qədər verilməsin. Belə başa düşürəm ki, tək şikayət bu deyil. Həmin sakinlər bildirirlər ki, zəlzələdə belə evləri fəsad görməyib. Belə olan halda nə üçün sakinlərin hüquqları gözlənilməyib, onlara həssas yanaşılmayıb. “Kursus” MTK rəhbərliyini dəvət edirəm ki, vətəndaşların şikayətlərinə həssas yanaşsın, məhkəmə qərarını icra etsin. Özlərini sakinlərin yerinə qoysunlar. Su, qaz, elektrik kəsilsə, kommunal xidmətlərə maneələr yaradılsa, evlərində hansı həyəcanı keçirərlər? Tərəfləri bir-birilərini anlamağa dəvət edirəm ki, məsələ kiçik həcmdə də olsa, sosial partlayışa səbəb olmasın, əhalidə ciddi qarşıdurma və narazılıq yaratmasın”, – o bildirib.

Qeyd: MTK-nın “Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:296
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Fevral 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri