Icma.az
close
up
RU
Qubada qardaş bacısına xəsarət yetirdi TƏFƏRRÜAT

Qubada qardaş bacısına xəsarət yetirdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quba rayonunda qardaş bacı arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 28-də, saat 10:20-də Quba rayonu, Küçeyi kəndində baş verib. 
Kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bacısı Tellinin sifət nahiyyəsindən əl ilə bir dəfə vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Telli onun doğma bacısıdır: “Bacım boşandıqdan sonra mənimlə birlikdə bir evdə yaşayır. Hadisə günü saat10 radələrində Telli evdən çıxaraq keçmiş ərinin yanına getmək istədi. Mən də getməsinə icazə vermədiyim üçün aramızda mübahisə yarandı. Əsəbləşərək Tellinin sol sifət nahiyyəsindən bir dəfə şillə ilə vurdum”.
Təqsirləndirilən şəxs bildirib ki, bacısı ilə barışmağa cəhd göstərsə də, bacısı barışmaq istəmir: “2019-cu ildə bacımın yoldaşı ilə dalaşdığıma görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyimə görə cinayət məsuliyyətinə cəlb edildim. Lakin aramızda barışıq olduğundan barəmdə olan cinayət təqibinə xitam verildi. Sonda əməlimdən peşman olmuşam. Himayəmdə üç azyaşlı uşağın olmasını nəzərə alaraq mənə həbslə bağlı olmayan cəza verilməsini xahiş edirəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Tellinin sözlərinə görə, fevralın 28-də, saat 10 radələrində evdən çıxıb və övladlarının yanına getmək istəyib: “Qardaşım Vüsal buna etiraz etdi. Bununla bağlı aramızda mübahisə yarandı. Qardaşım Vüsal mənim sol sifət nahiyyəmdən şillə ilə vurdu. Qardaşımdan şikayətçiyəm, onunla barışmaq fikrim yoxdur”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsala 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri