Icma.az
close
up
RU
Qardaşəli Teyyubov adına Media Diplomu təsis edilib FOTOLAR

Qardaşəli Teyyubov adına Media Diplomu təsis edilib FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müstəqil Həmkarlar Birliyi və "Ölkə" qəzeti ömrünün 45 ilini Azərbaycan mətbuatının inkişafına həsr etmiş tanınmış jurnalist, peşəkar qələm ustası, ana dilimizdə yazıb yaratmış, dilimizin qorunmasında böyük xidmətləri olan, bir çox məhşur imzaların müəllimi olmuş mərhum Qardaşəli Teyyubov adına “Media Diplomu” təsis edib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə mayın 16-da "Ses" qəzetinin redaksiyasında keçirilən mətbuat konfransında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev məlumat verib.

O qeyd edib ki, diplom Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən jurnalistlərə tədqim olunacaq.

Bildirilib ki, münsiflər heyəti tərəfindən Azərbaycan mətbuatında çalışan media mənsublarının son bir illik fəaliyyəti monitorinq ediləcək və işinə peşəkarlıqla, məsuliyyətlə və vicdanla yanaşan, məqalə və araşdırma yazılarında vətəndaş mövqeyindən çıxış edən, azərbaycançılığı, hərbi vətənpərvərliyi, ölkəmizin tarixi torpaqlar çərçivəsində bütövləşməsini, diaspor təşkilatlarının və fəallarının fəaliyyətini diqqətdə saxlayan, Azərbaycan xalqının milli mənəvi dəyərlərini təbliğ edən jurnalistlər arasından qaliblər seçiləcək.

Qardaşəli Teyyubov adına "Media Diplomu"na layiq görülən qələm sahiblərinə xatirə hədiyyələri də təqdim olunacaq.Tedbirdə ölkənin tanınmış media kapitanları, jurnalistlər, hüquq müdafiəçiləri iştirak edib. Çıxış edənlər mərhum jurnalistin keçdiyi həyat yolu, vaxtilə işlədiyi kütləvi informasiya vasitələrindəki, müxtəlif qəzetlərdəki əmək fəaliyyətindən söhbət açıb, onun milli mətbuatın inkişafına verdiyi töhfələrdən bəhs ediblər. 

Belə ki, 20-dən çox kitabın müəllifi, kitabları xarici dillərdə tərcüməe edilmiş, vaxtı ilə SSRİ yazıçılar ittifaqının və jurnalistlər ittifaqının üzvü olmuş ölkənin tanınmış yazıçı şairi, eyni zamanda 1-ci Qarabağ müharibəsinin iştirakçısı Maşallah Məftun keçmiş iş yoldaşı Qardaşəli Teyyubov haqqında, onun həyat yolu və yaradıcılığı barəsində xatirələrini və maraqlı məlumatları öz çıxışında səsləndirib.

Daha sonra "Missiya" Media grupunun baş redaktoru Nicat Dağlar Qardaşəli Teyyubovla bağlı öz xatirələrini bölüşüb. Tədbirdə iştirak eden mərhum jurnalistin oğlu, tanınmış ictimai feal, hüquq müdafiəçisi, "Ölkəqezeti.az" saytının rəhbəri Xəzər Teyyublu iştirakçılara və tədbirin keçirilməsinə şərait yaradan "Səs" qəzetinin rəhbərliyinə və redaksiya heyətinə təşəkkürünü bildirib. 

Xatırladaq ki, Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub.Bakıda Sənaye Texnikumunu bitirdikdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni bitirib.
Universitetə daxil olduğu ildən "Azərbaycan pioneri" qəzetinin ştatdankənar əməkdaşı olub, "Bakı", "Kommunist" qəzetlərində, "Təşviqatçı" jurnalında çalışıb, radioda ayda bir dəfə 20 dəqiqəlik verilişin aparıcısı olub. "Bakı" qəzetində görkəmli ictimai xadim, alim, jurnalist Nəsir İmanquliyevin rəhbərliyi altında çalışıb.

Şamaxıda nəşr olunan "Yeni Şirvan" qəzetinə mütəxəsis kimi dəvət olunub, sonradan həmin qəzetdə məsul katibin müavini vəzifəsində çalışıb 
Qardaşəli Teyyubov 1975-ci ildən 1991-ci ilə qədər 10 000 tirajla çixan "Texniki tərəqqi uğrunda" qəzetinin baş redaktoru işləyib 1991-ci ildən ömrünün sonuna qədər Həmkarlar İttifaqının orqanı olan "Ülfət" qəzetinin qurucusu və şöbə müdiri vəzifəsində çalışıb. 1986-cı ildə SSRİ Jurnalistler İttifaqının üzvü seçilib.

2005-ci ilinin 19 iyul tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının mətbuat orqanlarında səmərəli yaradıcılığına görə "Fəxri fərman"la təltif edilib. "Qızıl qələm" mükafatı laureatıdır. Q.Teyyubov 2012-ci il 27 noyabr vəfat edib və doğulduğu Şamaxı rayonu Əngəxaran kəndində torpağa tapşırılıb.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri