Icma.az
close
up
RU
“Qardaşəli Teyyubov” Media Diplomunun qalibləri açıqlandı Fotolar

“Qardaşəli Teyyubov” Media Diplomunun qalibləri açıqlandı Fotolar

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

İyulun 18-də Milli QHT Forumunun ofisində “Ölkə” qəzeti və Müstəqil Həmkarlar Birliyinin ömrünün 45 ilini Azərbaycan mətbuatının inkişafına həsr etmiş tanınmış jurnalist, peşəkar qələm ustası, ana dilimizdə yazıb yaratmış, dilimizin qorunmasında böyük xidmətləri olan, neçə-neçə məhşur imzaların müəllimi olmuş mərhum Qardaşəli Teyyubov adına təsis etdiyi xüsusi Media Diplomunun təqdimetmə mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə ölkənin tanınmış media kapitanları, jurnalistlər, o cümlədən hüquq müdafiəçiləri iştirak edib.

Müstəqil Həmkarlar Birliyi sədri Fuad Əliyev bildirib ki, qaliblər Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən jurnalistlər arasından seçilib.

O, qeyd edib ki, münsiflər heyəti tərəfindən Azərbaycan mətbuatında çalışan media mənsublarının son 2 aylıq fəaliyyəti monitorinq edib və işinə peşəkar və məsuliyyətli yanasan, məqalə və araşdırma yazılarında vətəndaş mövqeyindən çıxış edən, azərbaycançılığı, hərbi vətənpərvərliyi, ölkəmizin tarixi torpaqlar çərçivəsində bütövləşməsini, diaspor təşkilatlarının və fəallarının fəaliyyətini diqqətdə saxlayan, Azərbaycan xalqının milli mənəvi dəyərlərini təbliğ edən jurnalistlər arasından qalibləri seçib.

Tədbirdə iştirak edən nərhum jurnalistin oğlu, tanınmış ictimai fəal, hüquq mudafiəsiçisi, “Ölkəqezeti.az” saytının rəhbəri Xəzər Teyyublu iştirakcılara təşəkkürünü bildirib. O, qeyd edib ki, atası mərhum Qardaşəli müəllim sözə, xəbərə hər zaman sadiq qalıb, daim obyektiv, ədalətli və qərəzsiz olmağa çalışıb.

Qardaşəli Teyyubovun yetirmələri, keçmiş iş yoldaşları onun haqqında maraqlı xatirələrini bölüşüblər. Millət vəkili Elşad Musayev, Razi Nurullayev, keçmiş deputatlar Qulamhüseyn Əlibəyli, Yusif Bağırzadə qalibləri təbrik edib, yeni yaradıcılıq uğurları arzu ediblər.
Qaliblərdən Rafael Becanov, Nicat Dağlar, Əli Zülfüqaroğlu, Şəbnəm Rəhimova, Tahirə Qafarlı çıxış edərək münsiflər heyətinə təşəkkürlərini bildiriblər.

Qardaşəli Teyyubov Media Diplomunun bu ilki qalibləri “Olaylar” qəzetinin redaktoru Fatma Abbasquliyeva, Cebhe.info xəbər portalının direktoru və “Cümhuriyət” qəzetinin baş redaktoru Rafael Becanov, “Günün səsi” xəbər portalının müxbiri  Şəbnəm Rəhimova, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Əli Zülfüqaroğlu, “Həftə içi” qəzetinin müxbiri Tahirə Qafarlı, “Missiya” TV-nin rəhbəri Nicat Dağlar, şair-publisist Maşallah Məftun, “Yeni Müsavat” Media Qrupunun əməkdaşı Emil Salamoğlu, “Ülfət” qəzetinin əməkdaşı Rasim Süleymanov və müstəqil jurnalist Yelena Malaxova seçilib.

Tədbirin sonunda “Qardaşəli Teyyubov” xüsusi Media Diplomuna layiq görülən qələm sahiblərinə xatirə hədiyyələri də təqdim olunub.
Qeyd edək ki, Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Bakıda Sənaye Texnikumunu bitirdikdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni bitirib.

Universitetə daxil olduğu ildən “Azərbaycan pioneri” qəzetinin ştatdankənar əməkdaşı olub, “Bakı”, “Kommunist” qəzetlərində, “Təşviqatçı” jurnalında çalışıb, radioda ayda bir dəfə 20 dəqiqəlik verilişin aparıcısı olub.

“Bakı” qəzetində görkəmli ictimai xadim, alim, jurnalist Nəsir İmanquliyevin rəhbərliyi altında çalışıb. Şamaxıda nəşr olunan “Yeni Şirvan” qəzetinə mutəxəsis dəvət olunub, sonradan hemin qəzetdə məsul katibin müavini vəzifəsində çalışıb.
Qardaşəli Teyyubov 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan “Texniki tərəqqi uğrunda” qəzetinin baş redaktoru işləyib.
1991-ci ildən ömrunun sonuna qədər Həmkarlar İttifaqının orqanı olan “Ülfət” qəzetinin qurucusu və şöbə müdiri vəzifəsində çalışıb.
1986-cı ildə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilib.

Qeyd edək ki 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının mətbuat orqanlarında səmərəli yaradıcılığına görə “Fəxri Fərman”la təltif edilib. “Qızıl Qələm” mükafatı laureatıdır.

Q.Teyyubov 2012-ci il 27 noyabr vəfat edib və doğulduğu Şamaxı rayonu Əngəxaran kəndində torpağa tapşırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 İyul 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri