“Qardaşım uşaqları 15 və 23 yaşındadır, bəlkə də, ikisi öldürüb...” Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Şəmkirdə dərədən meyiti tapılan 56 yaşlı Arif Nəbiyevin oğlu tərəfindən öldürüldüyü iddia olunub.
Mərhumun qardaşı Elbrus Nəbiyev hadisə barədə “Qafqazinfo”ya danışıb.
O, qətli qardaşı oğlunun törətdiyi iddiasını təsdiqləyib: “Rusiyada idim, eşidib gəldim. Qardaşımı balta ilə vurub kanala atıblar, meyiti də dünən tapılıb. İki gün idi ki, axtarılırdı. Vuran adam da qaçıb, öz oğludur. İndi də axtarışdadırlar. Ailədaxili hansısa problemləri yox idi. Burada olmadığım üçün hadisənin nə üstündə törədildiyini bilmirəm. Amma eşitmişəm ki, uşaq getmək istəyirmiş, atası qoymurmuş. Digər qardaşı da gəlibmiş. Qardaşım uşaqlarının birinin 15, digərinin isə 23 yaşı var. Bəlkə də, ikisi öldürüb atalarını, dəqiq bilinmir. Gəncə-İstanbul-Moskva reysi ilə də gediblər”.
Yunis Quliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 27 Yanvar 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















