Icma.az
close
up
RU
Qardaşın ailəmə dil uzatdı dedi, bacanağını vurdu

Qardaşın ailəmə dil uzatdı dedi, bacanağını vurdu

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıt şəhərində 43 yaşlı kişi bacanağına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonda baş verib. 1983-cü il təvəllüdlü Adnan aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Davudu döyüb.
Adnanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Adnan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Davud onun bacanağıdır:
“Bacanağımın qardaşı Cəmil mənimlə eyni zavodda işləyir. Mən Etibar adlı işçidən Cəmilin mənim ailəm barədə nalayiq sözlər işlətməsini öyrəndim və bu barədə onun qardaşı Davudla danışdım. Davud qardaşının elə bir söz demədiyini bildirdi. Həmçinin, bu məsələni Cəmillə də danışdım. O, ailəm barədə heç bir nalayiq söz işlətmədiyini bildirdi”. 
Adnan qeyd edib ki, məlum hadisə baş verən gün Davuda zəng edib və görüşmək istədiyini bildirib: “Davud işdən çıxdıqdan sonra 9-cu mikrorayon ərazisində görüşdük. Söhbət zamanı ona qardaşının barəmdə nalayiq ifadələr işlətdiyini bildirdim və əsəbləşərək yumruqla onun sol gözaltı nahiyyəsinə zərbə endirdim. Bu zaman Davud arxaya doğru getdi. O, barəmdə şikayət edəcəyini bildirdi. Davudla aramızdakı münaqişə 5-6 dəqiqə davam etdi və səs-küy yaranmadığı üçün ətrafdakı heç kim baş verən münaqişəyə müdaxilə etmədi. Daha sonra Davud barəmdə polis bölməsinə şikayət etdi”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını. ona dəymiş ziyanı ödədiyini bildirib. 
Zərərçəkmiş Davud ifadəsində göstərib ki, Adnan hazırda işə baxılan hadisədən təxminən bir ay öncə onun yanına gəlib və qardaşının onun anası haqqında xoşagəlməz sözlər dediyini bildirib: “Mən isə qardaşımın Davudun ailəsini ümumiyyətlə tanımadığını, onun haqqında heç nə söyləmədiyini bildirdim. Hadisə baş verən gün Adnan mənə zəng edərək görüşmək istədiyini bildirdi. İşdən çıxdıqdan sonra Adnanla görüşdük və aramızda baş vermiş mübahisə zamanı o, qəfil sol gözaltı nahiyəmə yumruqla zərbə endirdi”. 
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, ona dəymiş ziyanı ödəməsini nəzərə alıb.  Bu səbəbdən də Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Aprel 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri