Icma.az
close
up
RU
Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik Seyfəddin Hüseynli

Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik Seyfəddin Hüseynli

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovun işgəncə ilə öldürüldüyü bildirilir. 

Mərhumların qardaşı, tanınmış jurnalist Seyfəddin Hüseynli Modern.az-a son vəziyyətlə bağlı bildiklərini açıqlayıb.

 Onun sözlərinə görə, hadisə 25 il əvvəl baş vermiş və detalları məlum olmayan bir cinayət işi ilə əlaqələndirilir: 

“Lakin mən düşünürəm ki, bu hadisənin əsas məqsədi Azərbaycan diasporuna gözdağı verməkdir. Bu, azərbaycanlılara qarşı divan tutmaq niyyətidir və böyük ehtimalla dövlətimizin güclənməsini həzm edə bilməyən qüvvələrin qara niyyətli mesajıdır" - deyə S.Hüseynli bildirib.

Seyfəddin Hüseynli həyatda olan digər qardaşı – 1964-cü il təvəllüdlü Səfərov Vasif Mehdi oğlunun təyziq altında saxlanıldığını bildirib:

“Mən qardaşlarımı yaxşı tanıyıram tərbiyələrini də, mənəviyyatlarını da. Onlar oradakı ən nümunəvi azərbaycanlılardandır. Hətta biri 37 ildir ki, Rusiya vətəndaşıdır və Azərbaycan diasporunun çox ləyaqətli, nüfuzlu üzvüdür”.

Basqın nəticəsində öldürülən Ziyəddin və Hüseyn Səfərovun nəşləri ailələrinə təhvil verilməyib:

“Cənazələri atababa yurdumuz Qarabağda torpağa tapşırmaq istəyirik. Amma hələ də onların cənazələrini ala  bilməmişik,” – deyə o qeyd edib.

Aytac Şirinzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see189

Bu dəfə Zelenski ilə onlayn görüşəcək

13 Avqust 2025 11:40see164

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see136

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see134

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see133

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see132

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see131

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see130

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see129

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see128

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see126

Keyfiyyətlə yanaşı təhlükəsizlik də vacibdir TEXNOLOQ AÇIQLADI

13 Avqust 2025 10:18see123

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see121

Ağ Ev dən liderlərin görüşü ilə bağlı açıqlama: “Bu halda..” KONKRET

13 Avqust 2025 15:59see120

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

13 Avqust 2025 08:31see119

Tibbi sabunda ölümcül xəstəliklərə yol aça bilən bakteriyalar aşkarlanıb

13 Avqust 2025 09:39see118

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see118

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see115

Azər Axşamdan onu öldürənlərə : Həmin xəbəri yayanlar... VİDEO

13 Avqust 2025 11:25see115

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri