Icma.az
close
up
RU
Qardaşoğlu Vahid Novruzov

Qardaşoğlu Vahid Novruzov

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mahir Qabiloğlu
1997-ci ilin aprel ayı idi. Atamın xahişi və AzTV sədri Nizami Xudiyevin xeyir-duası ilə məni Baş proqram direktorluğundan “Xəbərlər” redaksiyasına redaktor vəzifəsinə keçirdilər. Heydər Əliyevin hakimiyyəti dövründə “Xəbərlər” qaynar qazanı xatırladırdı. Prezident çəkilişləri isə xüsusi diqqətdə saxlanırdı. Qrupun yola salınması, yəni vaxtında maşınla təmin edilməsi, ehtiyac olanda əlavə kasetlərin, akkumulyatorların çəkiliş yerinə göndərilməsi isə iki inzibatçıya tapşırılmışdı. Bir gündən bir işləyirdilər. İkisinin də adı Novruz idi. Onları bir-birindən ayırmaq üçün adlarının əvvəlinə “buzovnalı” və “yeraz” əlavələri edirdilər. Amma xitabda ikisi də Novruz dayı idi. 70-dən yuxarı yaşları olardı. Sağlamlıqları yerində olduğundan hələ də işləyirdilər. Heç kim də onlara güldən ağır söz demirdi, o cümlədən də rəhbərlik. O vaxtlar AzTV-də “yorulan atları güllələmirdilər”. Əvvəldən elə “Xəbərlər”də işə başlamışdılar. “Buzovnalı” Novruz inzibatçı kimi. “Yeraz” Novruz isə “Xəbərlər” redaksiyasının baş redaktor müavinliyinə qədər yüksəlmişdi.

Qərbi Azərbaycanlı Novruz dayı – Novruz Novruzov evdən yarımkiloluq bankada yemək gətirərdi. Günorta onu qızdırardı. Böyük, adamboyu seyfi vardı. Yemək zamanı onun qapılarını taybatay açar, sonra bağlayardı. Bəstəboy olduğundan seyfin qapısı onun nə etdiyini görməyə imkan vermirdi. Amma naharını bitirəndən sonra gözləri gülərdi, zarafata, köhnə xatirələri dilə gətirməyə başlayardı.

Bir də görürdün ki, nahar vaxtı Novruz dayı yoxdur. Bir saatdan sonra geri qayıdardı. Heç soruşmurduq da “hardaydın?”. Özü “qardaşoğlugildəydim. Gəlin gözəl süfrə açdı...”, - deyə nahar prosesini çox həvəslə, fəxrlə təsvir edərdi. Qardaşoğlunun adını çəkməzdi. Bircə onu deyərdi ki, böyük vəzifə sahibidir – təzə təyin ediblər.

İndiki dövr olsaydı, həmən adını soruşardım. “Quql”a girib adını daxil edərdim və o sirli qardaşoğlunun kim olduğunu həmən bilərdim. Amma Novruz dayının sözünə çox da əhəmiyyət vermirdim. Çünki çoxları JEK müdiri və polis kapitanı olan qohumlarıyla – “böyük vəzifədədir” deyib fəxr edərdilər.

AUDİTORLAR PALATASINDA ÇƏKİLİŞ


Türkiyənin Auditorlar Palatasının sədri Bakıya gəlmişdi. Göndərilən məktuba əsasən məni ora çəkilişə göndərdilər. Əsasən ilk yarım saat ərzində çıxış edənləri, olanları çəkib geri qayıdardıq. Amma əvvəlcədən xəbərdar etdilər ki, bəs sonda mətbuat konfransı olacaq. Ona görə də məcbur olub sonacan gözlədik. Biz müxbirlərə əvvəlcədən tapşırıq verəndə sual verərdik və ya müsahibə alardıq. Ona görə də digər jurnalistlərin suallarına, verilən cavablara eləcə dinməzcə oturub qulaq asırdım. Amma rusca verilən suallardan və Auditorlar Palatasının sədri Vahid Novruzovun bu suallara, bir az da provakasion suallara səlis rus dilində tutarlı cavablarından darıxmağa başladım. Türkiyəli qonağa baxdım. Gördüm ki, o da mənim günümdədir. Mən heç olmasa rusca deyilənləri başa düşürdüm. O isə nə rusca bilir, nə də tərcümə edəni vardı. Eləcə oturub Vahid müəllimə mat-mat baxırdı ki, görəsən o nə danışır? Bu müşahidəm məni məcbur etdi ki, türkiyəli qonağa “Bu mətbuat konfransından sonra Rus dilini öyrənmək istərdinizmi?” sualını verdim. Sualımı da, “Hökmən!” cavabını da zalda olanlar gülüşlə qarşıladılar.

Tədbir bitdi. Vahid müəllim mənimlə sağollaşanda dedi ki, “mən Azərbaycanca da cavab verə bilərdim, verməliydim də... amma sonra gedib tərcümə edəndə fikirlərimi təhrif edə bilərdilər. Sonra gəl sübut elə ki, mən belə yox, elə cavab vermişəm”.
Sonda da əlavə etdi ki, bəs mənim əmim də uzun müddətdir ki, “Xəbərlər”də işləyir. Adı Novruzdur. “Hansı Novruz” sualını vermək istəyəndə familiyanı xatırladım. “Həəə... deməli, Novruz dayının “qardaşoğlu” dediyi adam sizsiniz? Qiyabi tanıyırdım sizi. Axır ki, əyani də tanış olduq” dedim.

AzTV-yə çatdım. Novruz dayı hövllü özünü çatdırdı.

- Sən getmişdin Auditorlar Palatasına?

- Hə.

- Müsahibə aldın?

- Yox.

- Sən bilmirsən ki, oranın böyüyü mənim qardaşım oğludur?

- Bilmirdim. Sağollaşanda dedi. Vaxtında desəydin... Elə “qardaşoğlu, qardaşoğlu” deyirdin. Adını, vəzifəsini də de ki, xəbərimiz olsun da...

Az qala məni  müsahibə almadığıma görə vurmağa hazır olan Novruz dayı süstəldi. Əlləri yanına düşdü. “Qardaşoğlu Vahid Novruzov”la ilk tanışlığımız beləcə başladı.

İllər onu heç dəyişmir. Xasiyyətcə demirəm. AzTV-dən çıxmağıma baxmayaraq həmin münasibətlərdir. Fiziki, sağlamlıq baxımdan deyirəm. Bilirsinizmi niyə? Çünki yoqa ilə məşğul olur. Nəinki məşğul olur. Hətta bunun kitabını da yazıb. “Yoqa və sağlamlıq” adlı nəşrdə yoqanın faydalarını digərlərinə də məsləhət bilib, o cümlədən avtoqraf yazaraq mənə də...

Mən də hər kitabım çıxanda Vahid müəllimə təqdim edirəm. Kabinetində qəbul edir. Çay gətizdirir. Xeyli söhbət edirik müxtəlif mövzularda. Günlərin bir günü də vədələşdiyimiz kimi getmişdim ofisinə. Girdim qəbul otağına. Köməkçisi dedi ki, bəs Vahid müəllimin yanında xarici qonaqlar var, gözləyin. Çıxıb dəhlizdəki kresloda əyləşdim. Demə, Milli Məclisə hansısa xarici ölkədən qonaqlar təşrif buyurub. Sonra da gəliblər Auditorlar Palatasına (nahar fasiləsi yaxınlaşırdı). Belə görüşlərdə də reqlament olmadığını yaxşı bilirdim. Heç kim qonağa dur get, işlərim tökülüb qalıb deyə bilməzdi, xüsusilə də qonaqsevən Vahid müəllim. Bu dəm kirvəm İsmayıl Şıxlının bir sözü yadıma düşdü: “Qonağa dur get deməzlər. Deyərlər ki, dur altındakı xalçanı çırpım”. Amma yadıma sala bilmədim ki, Vahid müəllimin kabinetində xalça var, ya yox? Lap olsa da... Axı İsmayıl əmi bu məsəli evinə gələn uzunçu qonaq haqqında demişdi.

Bu fikirlər başımda qövr edən zaman Vahid müəllim kabinetindən çıxdı. Görüşərək yanımda oturdu. Yeni kitabımı götürüb varaqladı da... “Ay Vahid müəllim, qonaqlar gözləyir. Mənə görə narahat olmayın” dedim. Gülümsündü. ”Üzürlü say da... Xarici qonaqlardır. Təbrik edirəm kitabını. Uğurlar” deyib yenidən otağına qayıtdı.

Çoxdandır Vahid müəllimlə idarəsində görüşmürdük. Yalnız toyda, ad günündə rastlaşırdıq. Çoxdandır kitab da çap etdirmirəm. Amma saytlarda yayılan bir xəbər məni narahat etdi. Yazılmışdı ki, Auditorlar Palatasının hansısa məsul işçiləri yeyintidə günahlandırılıb. Narahatçılığıma son qoymaq üçün Vahid müəllimə zəng etdim. Çox gümrah səslə “Ay Mahir, niyə görünmürsən? Sabah saat 11-də səni gözləyirəm” dedi. Ertəsi gün getdim. Narahatçılığım barədə soruşdum. Axı necə olsa Palatanın adı hallanırdı. Rəhbəri isə... “Mahir, həmin adamın 27 yaşlı oğlu 44 günlük müharibədə şəhid olub. Yaxşı işçidir. Oğlu şəhid olan atadır. Heç özündə deyil o vaxtdan. Allah rəhmət eləsin”. Ani sükut yarandı. Mən də susdum. Sanki bu sükutla Vahid müəllimin işçisi Vəli Rəhimovun şəhid oğlu, bir orden, iki medala layiq görülmüş  Kamil Rəhimlinin və bütün şəhidlərimizin ruhunu yad edirdik.
Sükutu Vahid müəllim pozdu. Mənə bir kitab uzatdı. Naftalan barədə, rəngli şəkilləri olan bir kitab idi. Onu da əlavə etdi ki, bəs “oğlum çap etdirib.  Bilirsən də Vüqar Naftalanın icra başçısıdır”. “Bəli, bilirəm” dedim. Amma düzünü desəm bilmirdim. Bunu büruzə də vermədim.

Bu qədər. Vahid müəllimlə bağlı xatirələrimi bölüşdüm. Onun təltifləri, titulları, dövlətimiz qarşısında böyük iqtisadçı kimi xidmətlərindən yazmadım. Kim istəsə interneti açıb baxar. Hər şey yazılıb. Vahid müəllimə sadəcə öz baxış bucağımdan nəzər saldım – onun həyatında əlamətdar bir günün ərəfəsində.

Yanvarın 7-də Vahid müəllimin 75 yaşı tamam olur.

TƏBRİKLƏR! CANSAĞLIĞI VƏ UZUN ÖMÜR ARZULAYIRAM!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Fevral 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see339

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see282

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see277

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see209

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see192

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see192

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see187

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see185

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see181

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see180

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see176

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see175

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see167

Novxanıda hotel yanır

19 May 2026 19:10see166

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see165

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see161

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see156

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see152

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see150

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri