Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Qardaşoğlu Vahid Novruzov

Qardaşoğlu Vahid Novruzov

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mahir Qabiloğlu
1997-ci ilin aprel ayı idi. Atamın xahişi və AzTV sədri Nizami Xudiyevin xeyir-duası ilə məni Baş proqram direktorluğundan “Xəbərlər” redaksiyasına redaktor vəzifəsinə keçirdilər. Heydər Əliyevin hakimiyyəti dövründə “Xəbərlər” qaynar qazanı xatırladırdı. Prezident çəkilişləri isə xüsusi diqqətdə saxlanırdı. Qrupun yola salınması, yəni vaxtında maşınla təmin edilməsi, ehtiyac olanda əlavə kasetlərin, akkumulyatorların çəkiliş yerinə göndərilməsi isə iki inzibatçıya tapşırılmışdı. Bir gündən bir işləyirdilər. İkisinin də adı Novruz idi. Onları bir-birindən ayırmaq üçün adlarının əvvəlinə “buzovnalı” və “yeraz” əlavələri edirdilər. Amma xitabda ikisi də Novruz dayı idi. 70-dən yuxarı yaşları olardı. Sağlamlıqları yerində olduğundan hələ də işləyirdilər. Heç kim də onlara güldən ağır söz demirdi, o cümlədən də rəhbərlik. O vaxtlar AzTV-də “yorulan atları güllələmirdilər”. Əvvəldən elə “Xəbərlər”də işə başlamışdılar. “Buzovnalı” Novruz inzibatçı kimi. “Yeraz” Novruz isə “Xəbərlər” redaksiyasının baş redaktor müavinliyinə qədər yüksəlmişdi.

Qərbi Azərbaycanlı Novruz dayı – Novruz Novruzov evdən yarımkiloluq bankada yemək gətirərdi. Günorta onu qızdırardı. Böyük, adamboyu seyfi vardı. Yemək zamanı onun qapılarını taybatay açar, sonra bağlayardı. Bəstəboy olduğundan seyfin qapısı onun nə etdiyini görməyə imkan vermirdi. Amma naharını bitirəndən sonra gözləri gülərdi, zarafata, köhnə xatirələri dilə gətirməyə başlayardı.

Bir də görürdün ki, nahar vaxtı Novruz dayı yoxdur. Bir saatdan sonra geri qayıdardı. Heç soruşmurduq da “hardaydın?”. Özü “qardaşoğlugildəydim. Gəlin gözəl süfrə açdı...”, - deyə nahar prosesini çox həvəslə, fəxrlə təsvir edərdi. Qardaşoğlunun adını çəkməzdi. Bircə onu deyərdi ki, böyük vəzifə sahibidir – təzə təyin ediblər.

İndiki dövr olsaydı, həmən adını soruşardım. “Quql”a girib adını daxil edərdim və o sirli qardaşoğlunun kim olduğunu həmən bilərdim. Amma Novruz dayının sözünə çox da əhəmiyyət vermirdim. Çünki çoxları JEK müdiri və polis kapitanı olan qohumlarıyla – “böyük vəzifədədir” deyib fəxr edərdilər.

AUDİTORLAR PALATASINDA ÇƏKİLİŞ

Türkiyənin Auditorlar Palatasının sədri Bakıya gəlmişdi. Göndərilən məktuba əsasən məni ora çəkilişə göndərdilər. Əsasən ilk yarım saat ərzində çıxış edənləri, olanları çəkib geri qayıdardıq. Amma əvvəlcədən xəbərdar etdilər ki, bəs sonda mətbuat konfransı olacaq. Ona görə də məcbur olub sonacan gözlədik. Biz müxbirlərə əvvəlcədən tapşırıq verəndə sual verərdik və ya müsahibə alardıq. Ona görə də digər jurnalistlərin suallarına, verilən cavablara eləcə dinməzcə oturub qulaq asırdım. Amma rusca verilən suallardan və Auditorlar Palatasının sədri Vahid Novruzovun bu suallara, bir az da provakasion suallara səlis rus dilində tutarlı cavablarından darıxmağa başladım. Türkiyəli qonağa baxdım. Gördüm ki, o da mənim günümdədir. Mən heç olmasa rusca deyilənləri başa düşürdüm. O isə nə rusca bilir, nə də tərcümə edəni vardı. Eləcə oturub Vahid müəllimə mat-mat baxırdı ki, görəsən o nə danışır? Bu müşahidəm məni məcbur etdi ki, türkiyəli qonağa “Bu mətbuat konfransından sonra Rus dilini öyrənmək istərdinizmi?” sualını verdim. Sualımı da, “Hökmən!” cavabını da zalda olanlar gülüşlə qarşıladılar.

Tədbir bitdi. Vahid müəllim mənimlə sağollaşanda dedi ki, “mən Azərbaycanca da cavab verə bilərdim, verməliydim də... amma sonra gedib tərcümə edəndə fikirlərimi təhrif edə bilərdilər. Sonra gəl sübut elə ki, mən belə yox, elə cavab vermişəm”.
Sonda da əlavə etdi ki, bəs mənim əmim də uzun müddətdir ki, “Xəbərlər”də işləyir. Adı Novruzdur. “Hansı Novruz” sualını vermək istəyəndə familiyanı xatırladım. “Həəə... deməli, Novruz dayının “qardaşoğlu” dediyi adam sizsiniz? Qiyabi tanıyırdım sizi. Axır ki, əyani də tanış olduq” dedim.

AzTV-yə çatdım. Novruz dayı hövllü özünü çatdırdı.

- Sən getmişdin Auditorlar Palatasına?

- Hə.

- Müsahibə aldın?

- Yox.

- Sən bilmirsən ki, oranın böyüyü mənim qardaşım oğludur?

- Bilmirdim. Sağollaşanda dedi. Vaxtında desəydin... Elə “qardaşoğlu, qardaşoğlu” deyirdin. Adını, vəzifəsini də de ki, xəbərimiz olsun da...

Az qala məni  müsahibə almadığıma görə vurmağa hazır olan Novruz dayı süstəldi. Əlləri yanına düşdü. “Qardaşoğlu Vahid Novruzov”la ilk tanışlığımız beləcə başladı.

İllər onu heç dəyişmir. Xasiyyətcə demirəm. AzTV-dən çıxmağıma baxmayaraq həmin münasibətlərdir. Fiziki, sağlamlıq baxımdan deyirəm. Bilirsinizmi niyə? Çünki yoqa ilə məşğul olur. Nəinki məşğul olur. Hətta bunun kitabını da yazıb. “Yoqa və sağlamlıq” adlı nəşrdə yoqanın faydalarını digərlərinə də məsləhət bilib, o cümlədən avtoqraf yazaraq mənə də...

Mən də hər kitabım çıxanda Vahid müəllimə təqdim edirəm. Kabinetində qəbul edir. Çay gətizdirir. Xeyli söhbət edirik müxtəlif mövzularda. Günlərin bir günü də vədələşdiyimiz kimi getmişdim ofisinə. Girdim qəbul otağına. Köməkçisi dedi ki, bəs Vahid müəllimin yanında xarici qonaqlar var, gözləyin. Çıxıb dəhlizdəki kresloda əyləşdim. Demə, Milli Məclisə hansısa xarici ölkədən qonaqlar təşrif buyurub. Sonra da gəliblər Auditorlar Palatasına (nahar fasiləsi yaxınlaşırdı). Belə görüşlərdə də reqlament olmadığını yaxşı bilirdim. Heç kim qonağa dur get, işlərim tökülüb qalıb deyə bilməzdi, xüsusilə də qonaqsevən Vahid müəllim. Bu dəm kirvəm İsmayıl Şıxlının bir sözü yadıma düşdü: “Qonağa dur get deməzlər. Deyərlər ki, dur altındakı xalçanı çırpım”. Amma yadıma sala bilmədim ki, Vahid müəllimin kabinetində xalça var, ya yox? Lap olsa da... Axı İsmayıl əmi bu məsəli evinə gələn uzunçu qonaq haqqında demişdi.

Bu fikirlər başımda qövr edən zaman Vahid müəllim kabinetindən çıxdı. Görüşərək yanımda oturdu. Yeni kitabımı götürüb varaqladı da... “Ay Vahid müəllim, qonaqlar gözləyir. Mənə görə narahat olmayın” dedim. Gülümsündü. ”Üzürlü say da... Xarici qonaqlardır. Təbrik edirəm kitabını. Uğurlar” deyib yenidən otağına qayıtdı.

Çoxdandır Vahid müəllimlə idarəsində görüşmürdük. Yalnız toyda, ad günündə rastlaşırdıq. Çoxdandır kitab da çap etdirmirəm. Amma saytlarda yayılan bir xəbər məni narahat etdi. Yazılmışdı ki, Auditorlar Palatasının hansısa məsul işçiləri yeyintidə günahlandırılıb. Narahatçılığıma son qoymaq üçün Vahid müəllimə zəng etdim. Çox gümrah səslə “Ay Mahir, niyə görünmürsən? Sabah saat 11-də səni gözləyirəm” dedi. Ertəsi gün getdim. Narahatçılığım barədə soruşdum. Axı necə olsa Palatanın adı hallanırdı. Rəhbəri isə... “Mahir, həmin adamın 27 yaşlı oğlu 44 günlük müharibədə şəhid olub. Yaxşı işçidir. Oğlu şəhid olan atadır. Heç özündə deyil o vaxtdan. Allah rəhmət eləsin”. Ani sükut yarandı. Mən də susdum. Sanki bu sükutla Vahid müəllimin işçisi Vəli Rəhimovun şəhid oğlu, bir orden, iki medala layiq görülmüş  Kamil Rəhimlinin və bütün şəhidlərimizin ruhunu yad edirdik.
Sükutu Vahid müəllim pozdu. Mənə bir kitab uzatdı. Naftalan barədə, rəngli şəkilləri olan bir kitab idi. Onu da əlavə etdi ki, bəs “oğlum çap etdirib.  Bilirsən də Vüqar Naftalanın icra başçısıdır”. “Bəli, bilirəm” dedim. Amma düzünü desəm bilmirdim. Bunu büruzə də vermədim. O vaxt Novruz dayı qardaşı oğlundan danışanda Google yox idi. Amma indi müasir zəmanəyə gəlib çıxmışdıq. Ad da bəlliydi, familiya da...

Evə gələn kimi kompüteri açdım. Ad və familiyanı əlavə etdim. Amma bir dənə də informasiya tapmadım. Mahir, yalan danışma da... İcra başçısıdırsa, ən azından Prezident sərəncamı qarşına çıxmalıydı. Sənsə deyirsən ki, heç nə yox idi. Əlbəttə ki, siz deyənlər var idi. Amma biz jurnalistlər hər şeydə nəsə bir pis şey axtarmağa öyrəşmişik. Qarşıma çıxanlar isə bizimçün sadəcə rəsmi xronika idi. Üç ali məktəbi bitirməyi, Hesablama Palatasında adi işçidən, Prezident Adminstrasiyasında məsul vəzifəyə, Xəzər rayonunda başçı müavini, Naftalan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinəcən irəliləməsinə qədər hər şey yazılmışdı. Amma bir dənə də informasiya yox idi. Axı öyrəşmişik ki, vəzifəli balaları haqqında pis xəbərlər oxuyaq. Məsələn: avtoşluq, filan barda dava salmaq, əyyaş həyat, lyuks avtomobillər qarajı, mülkləri... Bu informasiyalara rast gəlmədim. Sevindim ki, “Oddan kül törəməyib” – “Ot kökü üstə bitib”. Yəqin ki, Novruz dayı sağ olsaydı qardaşnəvəsiylə də fəxr edərdi.

Bu qədər. Vahid müəllimlə bağlı xatirələrimi bölüşdüm. Onun təltifləri, titulları, dövlətimiz qarşısında böyük iqtisadçı kimi xidmətlərindən yazmadım. Kim istəsə interneti açıb baxar. Hər şey yazılıb. Vahid müəllimə sadəcə öz baxış bucağımdan nəzər saldım – onun həyatında əlamətdar bir günün ərəfəsində.

Yanvarın 7-də Vahid müəllimin 75 yaşı tamam olur.

TƏBRİKLƏR! CANSAĞLIĞI VƏ UZUN ÖMÜR ARZULAYIRAM!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see681

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see650

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see647

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see468

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see460

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see437

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see400

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see354

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see348

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see346

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see335

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see331

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see328

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see327

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see322

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see317

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see316

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see310

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see293
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri