Icma.az
close
up
RU
Qareginin nüfuzunu tamamilə sarsıtmaq asan olmayacaq ŞƏRH

Qareginin nüfuzunu tamamilə sarsıtmaq asan olmayacaq ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda hökumət-Kilsə qarşıdurması hələ bir müddət də davam edəcək


Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Kilsəyə qarşı mübarizəsini davam etdirir. Prokuror Arman Bağdasaryan Şirak yeparxiyasının rəhbəri, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan arxiyepiskop Mikael Acapaxyana azadlıqdan məhrumetmə cəzası tələb edib. Yepiskopu 5 ilədək həbs cəzası gözləyir. 

Vəkili Ara Zohrabyan bu məhkəmədə ədalət olmadığını deyib. Ekspertlərin fikrincə, bu addım Paşinyan hakimiyyətinin Kilsə ilə münasibətlərinin aydın göstəricisidir. Qeyd olunub ki, Paşinyan hakimiyyəti 2018-ci il "məxməri inqilab"dan sonra daha çox sekulyar və qərbyönlü xətt yürüdür. Ermənistan Apostol Kilsəsi isə tarixən ölkənin ən güclü institutlarından biri olub və siyasətdə dolayı yollarla iştirak edib. Arxiyepiskop Acapaxyanın məhz "hakimiyyəti zorla ələ keçirməyə çağırış" kimi ağır siyasi ittihamla üzləşməsi, gərginliyin pik nöqtəsinə çatdığını göstərir. 


Politoloq Zeynal Əmrəliyev Sherg.az-a  deyib ki, baş verən hadisə Ermənistan cəmiyyətində mövcud olan "qərbyönlü islahatçılar" və "ənənəvi-mühafizəkarlar" arasında gedən mübarizənin bir növ simvoludur. Analitikin qənaətincə, Kilsə tərəfdarları və mühafizəkarlar bu həbsi dini azadlığa qarşı hücum kimi qələmə verə bilər: 

"Digər tərəfdən, hökumət tərəfdarları bunu "dövlətə qarşı çağırışların qarşısının alınması" kimi əsaslandıra bilər. Bu həbs eyni zamanda Paşinyanın əsas düşməni olan baş katolikos II Qareginə də bir xəbərdarlıqdır. Hazırda Ermənistan hökuməti dini rəhbəri göndərmək üçün bir neçə ssenari üzərində işləyir. Bunlar arasında baş katalikosu siyasi fəaliyyətdən əl çəkməyə məcbur etmək, onun yerinə alternativ şəxs tapmaq, Qareginin əleyhinə hüquqi iddia qaldırmaq, mitinqlər vasitəsilə onu istefaya məcbur etmək, Kilsənin fəaliyyətini məhdudlaşdırmaq kimi variantlar daxildir". 


Z.Əmrəliyev hesab edir ki, Qareginin siyasi roldan müəyyən qədər uzaqlaşdırılması və Kilsənin daha sakit, dini yönlü funksiyaya çəkilməsi ehtimalı mümkündür: 

"Hökumət üçün açıq siyasi qarşıdurma risklidir. Bu, həm daxili narazılıq, həm də beynəlxalq qınaq gətirə bilər. Həmçinin, Qareginin nüfuzunu tamamilə sarsıtmaq da asan olmayacaq. Bir çox din xadimlərinin, icmaların dəstəyi var. Hansı variantın həyata keçməsindən asılı olmayaraq, Ermənistanda hökumət-Kilsə qarşıdurmasının hələ bir müddət də davam edəcəyi şübhəsizdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri