“Qareginin sayılı günləri qalıb” Erməni katolikosuna növbəti XƏBƏRDARLIQ
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bakinskiy Burila” teleqram kanalında dərc olunan paylaşımda bildirilir ki, II Qareginə Ermənistan hakimiyyətinin səbrinin sonsuz olmadığı bir daha xatırladılıb.
Bizim.Media paylaşımı sizə təqdim edir:
“II Qareginə yenidən xatırladılıb ki, Ermənistan hakimiyyətinin səbrinin də bir həddi var və çox güman ki, tezliklə onu Eçmiədzindən zorla uzaqlaşdırmağı xahiş edəcəklər.
Bu dəfə katolikos vitse-spiker Rubinyan tərəfindən tənqid olunub.
Rubinyan xatırladıb ki, bir neçə gün əvvəl katolikosun qardaşı Erzasın — hazırda Rusiyada Erməni Kilsəsinə rəhbərlik edən şəxsin — sovet DTK-sı (KQB) üçün “Karo” ləqəbi ilə çalışdığına dair sübutlar açıqlanıb.
Rubinyan həm katolikosu, həm də müxalifəti faktiki olaraq xüsusi xidmət orqanlarının agentini müdafiə etməkdə ittiham edib.
İşarə aydındır: birincisi, keçmiş çekist olmur; ikincisi, agent hələ də Moskvada fəaliyyət göstərir, onun doğma qardaşı isə Erməni Kilsəsinin başçısıdır. Xüsusi xidmət orqanları üçün əla, Ermənistan üçün isə, yumşaq desək, birmənalı olmayan vəziyyətdir.
“Sonda Rubinyan “heç bir baş leytenant onu xilas etməyəcək” — deyə bildirib.
O, mətnini Erzasın hazırda istintaq təcridxanasında saxlanılan Samvel Karapetyanla birgə fotosu ilə müşayiət edib. Karapetyan da vaxtilə Moskvadan dəstəyə çox ümid edirdi.
Maraqlıdır ki, fotoda Ruben Vardanyan yoxdur. Ona da heç bir leytenant kömək etmədi”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Dekabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















