Qaribaşvilidən müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə köçürülüb
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin evindən müsadirə edilən 6.5 milyon dollar dövlət büdcəsinə köçürülüb".
Moderator.az 1tv.ge-yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şakulaşvili məlumat verib.
Vəkilin sözlərinə görə, Gürcüstan prokurorluğu müdafiə tərəfinin təqdim etdiyi sübutları nəzərə alıb və buna əsasən Qaribaşviliyə qarşı ittihamları dəyişdirib. Hazırda o, Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin "c" bəndi ilə ittiham olunur.
Yeni ittiham Qaribaşvilinin şərab sənayesindəki fəaliyyətdən əldə etdiyi qeyri-müəyyən gəlirlə bağlıdır. Vəkil bildirib ki, bu əməl vəzifədən sui-istifadə kimi deyil, maliyyə cinayəti kimi qiymətləndirilir. O əlavə edib ki, Qaribaşvilinin evindən müsadirə edilən qızıl və saatlar ona məxsus deyil. Eyni zamanda, Şakulaşvili vurğulayıb ki, digər məhkumlar kimi Qaribaşvilinin də şərti azadlığa buraxılmaq və əfv olunmaq hüququ var.
Xatırladaq ki, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili beş il həbs cəzasına məhkum edilib və 1 milyon lari (təxminən 371 000 dollar) cərimə olunub. Onun iki avtomobili də müsadirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 12 Yanvar 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















