Azərbaycanda depozit hərracları üzrə dövlət büdcəsinə 120 milyon manata yaxın vəsait köçürülüb
Icma.az, Banco.az saytına istinadən bildirir.
Bu ilin aprel-dekabr aylarında Maliyyə Nazirliyinin kommersiya banklarında yerləşdirdiyi depozitlər üzrə dövlət büdcəsinə ümumilikdə 119,4 milyon manat əlavə gəlir köçürülüb.
Bu barədə nazirlik xəbər verir.
Bunun 98,6 milyon manatı kommersiya banklarında yerləşdirilmiş depozitlər üzrə, 20,8 milyon manatı isə Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesabın qalığı üzrə həyata keçirilib.
Ən yüksək faiz verən depozit hansı bankdadır?
"Dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi və Mərkəzi Bankla imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib", - nazirlik qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 15 Dekabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















