Icma.az
close
up
RU
Qarın yağması virus infeksiyalarını azaldacaq

Qarın yağması virus infeksiyalarını azaldacaq

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Artıq neçə gündür ki, qarın ara vermədən yağması hər yeri ağ örpəyə bürüyüb. Uşaqların parklarda, həyətlərdə sevinc dolu səsləri aləmi başına götürüb. Onlar həsrət çəkdikləri qardan düzəltdikəri “qar adamın” ətrafına toplaşıb şənlənirlər. Arada böyükələrin səsi gəlir: “Şükür Allaha ki, qar yağdı. Xəstəlik-falan azalar”. Görəsən, doğrudanmı qar gəlişi ilə bəzi yoluxucu xəstəliklərə son qoyur? Bu sualla “XQ”nin eksperti, tibb elmləri doktoru, professor Musa Qəniyevə müraciət etdik. Həkim dedi:

– Uzun illərdən bəri, ilk dəfədir ki, Bakıya, eləcə də Vətənimizin bütün bölgələrinə güclü qar yağır və biz arzusunda olduğumuz əsil qış həyatını yaşayırıq. El arasında qar yağması xeyir-bərəkət müjdəsi adlandırılır.

Qar həm də, virus infeksiyasının patogenlik və mutatik fəallığının süstləşməsi, reqressiv dönəmə qayıdışını şərtləndirən əsas təbiət hadisəsidir.

Tədqiqatlar virusların yüksək patogenlik və yoluxduruculuq əmsalını saxlanmasının həlledici şərtinin ətraf temperaturun –10 dərəcədən +10 dərəcə intervalında olduğunu təsdiq edir. –20 dərəcədən aşağı temperaturda isə, viral fəallıqda kəskin süstlük və respirator infeksiyaların statistik olaraq yüksək faiz nisbətində azalması da öz təsdiqini tapıb. Əslində, virusların aktivlik fəallığını xarakterizə edən bu temperatur intervalı, ekvatordan şimal qütbünə qədər olan məsafənin son 1/3 bölümündə olan yaşayış massivi və ölkə əraziləri üçün xarakterikdir.

– Temperatun bu dərəcəsi bizim ölkə üçün də xarakterikdirmi?

– Ekvatora yaxın və ilk 2/3 məsafədə olan ərazilərdə (o cümlədən, bizim ölkəmizdə) viruslarda susqunluq və nisbi inaktivlik, zaman və məlum məkan fərqliliyinə görə, –1 dərəcədən – 5 dərəcə temperatur intervalında baş verməlidir və baş verir. Odur ki, qarla müşahidə olunan temperaturun hazırkı enişi, istər viral, istərsə də yuxarı tənəffüs yolu infeksiyalarının, xüsusilə, uşaqlar arasında kəskin azalmasına səbəb olacaqdır.

Digər tərəfdən, qarla müşahidə olunan məlum temperatur fərqliliyi, ətraf mühitin havasında nicbi quruluğa səbəb olmaqla, aerozol şəkillı rütubətin əmələ gəlməsinin qarşısını aldığından, hava-damcı infeksiyalarına yoluxma riskini kəskin şəkildə aşağı salmalıdır.

Qarla müşahidə olunan soyuq hava şəraitində həm də insanlar evdə– ailə mühütündə qalmağı üstün tutduğundan, ictimai yerlərə toplaşmaq və yaxın kontakt minimuma enir.Yaxın ünsiyyətin olmaması viral infeksiyalara yoluxma riskini kəskin dərəcədə azaldır.

– Demək, qar nədər çox yağsa, xəstəlik törədən infeksiyalar da azalacaq?

– Doğrudur. Virus infeksiyalarına yoluxma prodromal dövrünün sonu, xüsusən aktiv klinik əlamətlərin sürəkli olduğu müddətdə (əsasən, 3–5 gün) baş verir. Ona görə deyə bilərəm ki, məlum qarlı hava şəraiti bu müddətə davam edərsə, ekvatordan söylədiyim məsafə fərqliliyi olan yerlərdə hətta epidemik vəziyyətdə olan viral infeksiyaların sporodikləşməsi belə mümkündür.

Odur ki, nə qədər çətinliklər gətirsə də, insanlar ehtiyatsızlıqdan yıxılsalar, müxtəlif xəsarətlər alsalar da, ölkəmizin bütün ərazilərinin hazırda qalın qar örtüyünə bürünməsini, təbiətin xalqımıza böyük lütfü bilib, bu təbiət hadisəsinə sevinməliyik. Çünki hər şeydən vacib insanların sağlam olmasıdır. İstər böyüklər, istərsə də uşaqlara tövsiyə edərdim ki, yol gedəndə əllərini cibdən çıxarsınlar. Belə vəziyyətdə baş verən ani sürüşmə daha ciddi xəsarətlərə – sınıq və çıxıqlara səbəb olur.

Azərbaycanımızı bürüyən bu ilk qarımız mübarək olsun.

Xəstəliklərdən uzaq, sağlam, gümrah və xoşbəxt həyat yaşayın.

Zərifə HÜSEYNOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri