Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Bəyaz qarın nağılı

Bəyaz qarın nağılı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Neçə gündür bəmbəyaz qar yağır. İnsanların giley-güzarına məhəl qoymadan yağır, sanki göydən yerə tər-təmiz nur səpələyir. Qar dənəcikləri ehmalca Yerə enir, ətrafı bəyazlığın ecazkar sehrinə bürüyür. Bu sehrli görüntü insanın qəlbinə dolur, duyğularımızı əsrarəngiz və möcüzəvi hisslərlə zənginləşdirir. Göy təmiz, yer təmiz... İlahi, bu təmizlik necə gözəl bir anlamdır. Bu sehirli mənzərənin bitəcəyini düşünəndə içinə bir soyuqluq dolur. Güclü bir hiss baş qaldırır səndə. Həyat nə qəribədir. Elə ki, istədiyinə nail olduğunu  hiss edirsən, elə həmin anda da, o, yox olub gedir, səndən uzaqlaşır, yenə də əlçatmaz  bir istəyə çevrilir. 

Nədənsə, yaş ötdükcə insan daha kövrək olur, mistik düşüncə tərzinə üstünlük verir. Belə düşüncələrdən nə qədər özümü uzaq tutmağa çalışsan da, nə etmək olar, sonda axı sən də bir insansan...

Qarın yağması mənə lap uşaqlığımı xatırlatdı. Səhər tezdən dizə çatan qarın içindən güc-bəla özümüzə bir cığır açaraq deyə-gülə dərsə gedər, qan-tər içərisində məktəbə çatardıq. Yanaqlarımız tər-təmiz, bum-buz havadan qıp-qırmızı olardı. Zəngin çalınmasını səbirsizliklə gözləyərdik, beş dəqiqəlik tənəffüsü qar topu oynamaq  üçün qənimət sayardıq. Qarın kefini çıxardar, məktəbin qarşısındakı təpəcikdə doyunca sürüşərdik. Həmin günlər məktəb illərindən yaddaşımızda qalan ən şirin xatirələrdir. O günləri xatırlamaq üçün səhər tezdən həyət qapısını açdım. Yola çıxdım. Gözüm məktəbə gedən uşaqları axtardı. Sakitlik idi. Bu zaman yanımdan bir maşın ötdü. Qonşum uşağını məktəbə aparırdı. Deməli, digər uşaqlar da məktəbə maşınla gedəcəklər. Axı həyətində maşını olmayan yoxdur. Bu uşaqların elə indidən böyük bir zövqdən məhrum olduqlarını düşünərək içimə təəssüf hissi dolur. 

Bir-neçə çayxanaya ötəri də olsa, göz yetirirəm. İçəridə qələbəlikdir. Qəribədir, bu insanlar niyə özlərini qapalı məkanlarda daha yaxşı hiss edirlər. Qardan – axı belə qar tez-tez yağmır – həzz almağı heç ağıllarına da gətirmirlər. Mən isə neçə illərdir belə qarın həsrətində idim.  Bu qar məni öz aləmimə qərq etdi. Bu qar mənə uşaqlıq xatirələrimi qaytardı. Bu qar dünyamızın təmizlik, saflıq fəlsəfəsidir. İnsanların bu təmiz, ləkəsiz, bəm-bəyaz saflığa biganəliyi məni qarın şaxtasından çox üşüdür. Qarın soyuğuna isti geyinməklə və ya isti bir guşəyə çəkilməklə qalib gələ bilərsən, amma insan biganəliyinin verdiyi soyuğun buzunu heç bir isti əritmir. 

Bu qarın da bir ömrü var. Qar dənəcikləri təbiətə qarşı insanların pis münasibətindən doğan bütün eybəcərlikləri ört-basdır etmişdi. Təbiət bir rəngdə, bəyaz rəngdədir. Yenə qar əriyəcək, bu eybəcərliklər üzə çıxacaq. Düşünürəm, kaş bu qar insanların pis və yanlış düşünçə və əməllərini də təmizləyəydi. İnsanın əməl gözəlliyi onun mənəvi zənginliyinə dəlalət edir. Deyirlər, həyat inkişafın yüksək mərhələsindədir. Bəs ictimai şüur? Onu, təəssüf ki, deyə bilmərəm.

Qarın gözəlliyindən, onun insana bəxş etdiyi sevincdən, bir qar nağılından yazmağa oturmuşdum. Nə edim ki, yenə də fikirlərim haçalandı. Yaxşı ki, elə mövzu ətrafında haçalandı. Məni heç kəs fikrimdən döndərə bilməz. Qarın bəxş etdiyi sevinc hissi, bəyaz gözəlliyin səssiz simfoniyası ruhumu oxşayır. Siz də bu səssizliyi dinləyin, bu gözəlliyi içinizə çəkin, bax onda mənimlə həmfikir olacaqsınız və məni bu düşüncələrimə görə qınamayacaqsınız.

Elmira Mehdiqızı,
“Zaqatala” qəzetinin baş redaktorunun müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see971

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see385

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see278

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see263

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see218

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see213

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see206

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see192

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see190

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see183

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see171

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see170

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see161

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see161

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri