Icma.az
close
up
RU
Qarın yaratdığı fəsadlar: “Məmurların tamahı Bakını bu günə qoyub

Qarın yaratdığı fəsadlar: “Məmurların tamahı Bakını bu günə qoyub

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Paytaxtdakı problemlərin başlıca səbəbi Bakının Baş planına uyğun olmayan xeyli sayda yeni binaların harada gəldi tikilməsidir".

Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, Bakı həddindən artıq yüklənilib:

"Paytaxtın kanalizasiya xəttinin böyük əksəriyyəti Sovet dövründə çəkilib, yeni binaların isə kanalizasiya xəttində ciddi nöqsanlar mövcuddur. Artıq kanalizasiya və tullantı sularını daşıyan borular köhnədir, onlar yeniləri ilə əvəz olunmalıdır. Nəticədə kanalizasiya xətləri yaxşı işləmədiyi üçün Bakıya yağan qar əriyib getməyə yer tapmır və küçələr buz bağlayır. Əvvəlki dönəmlərdə vəzifə tutmuş məmurların tamahı Bakını bu günə qoyub". 

Həmsöhbətimizin fikrincə, qarın yaratdığı fəsadlar da paytaxtın həddindən artıq yüklənməsi ilə bağlıdır:

"Hesab edirəm ki, köhnə binaların hamısı sökülməlidir. Ümid edirik ki, Bakının yeni Baş planına uyğun olaraq infrastruktur dəyişiklikləri həyata keçiriləcək. Ümumiyyətlə, qar yağanda paytaxtda yaşanan bütün problemlərə birbaşa Bakır Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır. Əgər onlar tərəfindən zamanında doğru addımlar atılsa, qar yağanda belə problemlər yaşanmaz". 

Partiya sədri qar yağan günlərdə Bakıda avtobusların 21:00-dək fəaliyyət göstərməsi barədə də danışıb:

"Əslində, avtobuslar qara görə saat 21:00-dək xidmət göstərirsə, iş yerlərində də bununla bağlı qərar verməli idi. Yəni işçilər 20:00-da evə buraxmalı idilər. Düşünürəm ki, vətəndaşlar həmin özəl iş yerləri barəsində şikayət edə bilərlər. 

Onlar dəymiş ziyanı məhkəmə qaydasında şirkət rəhbərlərindən tələb etməlidirlər. Məsələn, qar yağan gün universitetlər distant təhsilə keçdilər. Bu, çox doğru qərar idi.Digər iş yerləri də bu addımı atmalı idilər. Lakin görünən odur ki, bəzi iş qurumların tamahı buna əngəl oldu". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Mart 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see251

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see184

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see137

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see137

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri