Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Məmurların Bakıda yaratdığı nəqliyyat, ekoloji və memarlıq PROBLEMLƏRİ

Məmurların Bakıda yaratdığı nəqliyyat, ekoloji və memarlıq PROBLEMLƏRİ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Son illərdə Ağstafa, Yevlax, Neftçala, İmişli, Biləsuvar, Cəlilabad və digər rayonların icra başçıları rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunub. Onların saxlanılması ilə bağlı əməliyyatlar əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilib.

Bu il iki icra başçısı oxşar əməllərə görə tutulub. Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və Balakən rayonunun icra başçısı İslam Rzayev tutularaq Bakıya gətirilib və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Müşahidəçilər bildirirlər ki, İcra hakimiyyətlərində korrupsiya və vəzifə pozuntuları ilə bağlı yoxlamalar bundan sonra da davam etdiriləcək.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat indiyə kimi əsasən paytaxtdan uzaq bölgələri əhatə edib. Maraqlıdır ki, Bakının rayonları həmişə anoloji tədbirlərdən kənarda qalıb. 
Qeyd edək ki, Bakıda 12 rayon var: Binəqədi, Xətai, Sabunçu, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Səbail, Xəzər, Yasamal, Pirallahı, Suraxanı.

Bu rayonların heç birində indiyə kimi ciddi yoxlamaların aparılmaması diqqət çəkir.

Paytaxt rayonlarından hansıların nəqliyyat, memarlıq və ekoloji cəhətdən geri qalması və bu məsələlərdə İcra hakimiyyətlərinin "rolu" maraq doğurur.

Nəqliyyat

Modern.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakının bütün rayonlarında nəqliyyat sahəsində problemlər mövcuddur:

“Sadəcə olaraq, viziual şəkildə ümumi istifadə olunan yollarda hər şey qaydasındadır. Yən bu ərazilərdə durum normala yaxındır. Ümumilikdə qəsəbələrin içi, rayonların daxili yolları, küçələri bərbad vəziyyətdədir. İcra hakimiyyətləri yol məsələsinə çox biabırçı şəkildə yanaşırlar, səthi şəkildə işlər görürlər. Məsələn, Səbail rayonunda asfalt çəkirlər, 1 il dözmür. Çünki asfaltın qalınlığına, keyfiyyətinə nəzarət olunmur. Asfaltı necə gəldi, başdansovdu çəkirlər, iki dəfə ağır maşın keçəndə yol çökür. Bayılda Gülbala Əliyev küçəsində asfaltın çökməyən hissəsi yoxdur. Halbuki iki il deyil ki, ora asfalt vurulub. Bərkitmə işini düzgün aparmırlar, əgər İcra hakimiyyətlərinin bu sahədə təcrübəsi yoxdursa həmin işi niyə görür?! 
Əslində yol məsələlərinə bir qurum cavabdeh olsa, yaxşıdır. Bələdiyyə, Hcra hakimiyyəti, Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi yol çəkir. Bu düzgün yanaşma deyil. Yol məsələlərinə vahid mərkəzdən baxmaq lazımdır. Bakı qəsəbə və kəndlərində daxili yollar bərbad vəziyyətdədir”.

Müsahibimiz vurğulayıb ki, İcra hakimiyyətləri yol kənarı əraziləri belə satırlar:

“Evlər elə yaxın tikilib ki, bir ev yandıqda, digər onlarla ev də kül olacaq. Yolların keçmə hissəsinə baxırıq, biabırçılıqdır. Elə evlər var, qapı yola açılır, məsələn Nərimanov rayonunda, bu yaxınlarda tədbirlə bağlı yollar bağlandığından alternativ yollara nəzər yetirdik, baxıram ki, mənzillərin qapısı birbaşa yola açılır. Evdən çıxan şəxs yolda olur. Normal ölkələrdə belə hallar olmamalıdır. Amma bizdə icra başçıları, bələdiyyələr o qədər pula hərisdilər ki, hətta yol sahələrini də satırlar. Təsəvvür edin darısqal yolun qırağında qaz və su xətti də çəkirlər, bir az da daralır və iki maşın qarşı-qarşıya gələndə aləm dəyir bir-birinə. Axşamlar da camaat maşınları harda gəldi  park edir. Gecənin bir aləmi birinin evinə təcili tibbi yardım gəlməlidir, yaxud kiminsə evi yansa yanğınsöndürən gəlməlidir. Həmin iri qabaritli maşınlar o yollardan keçə bilmir. Xəstə evində ölür, yanan ev külə dönür. Kimlərinsə hərisliyi, korrupsiya və rüşvətə aludə olması ucbatından insanlar bədbəxtçilik yaşayırş İnsanlar yollarda hər gün əsəb, stress keçirir, xəstəlik tapırlar. İcra hakimiyyətləri də, yarıtmaz məmurlar da mövcud vəziyyəti izləyirlər. Deyək ki, bu vəziyyəti indiki icra başçısı eləməyib, ondan qabaqkı və ya daha əvvəlki edib. Belə-belə bir-birinə miras ötürüblər. Hamısı sata-sata, kəsə-kəsə gedib”.

Ekologiya

Ekoloq Rövşən Abbasov qeyd edib ki, Bakı şəhərində ekoloji vəziyyət, ətraf mühit, çöl havasının keyfiyyəti, eləcə də tullantıların idarəolunması, atmosferin çirklənməsi, su problemləri mövcuddur:

“Bakı şəhərində əhalinin və avtomobillərin böyük bir hissəsi toplanıb, burada tikinti işləri çox böyük sürətlə aparılır. Buna görə də daha çox tullantı əmələ gəlir. Bakı şəhərində ekoloji vəziyyət, ətraf mühit, çöl havasının keyfiyyəti, eləcə də tullantıların idarəolunması, atmosferin çirklənməsi, su problemləri mövcuddur. Su ilə bağlı problemlər ona görə meydana gəlir ki, Bakı şəhəri çox yüklənib. İnsanlar istənilən yerdə evlər tikiblər. Sonradan susuzluqdan şikayət etməyə başlayıblar. Bu, buraxılmış səhv idi”.

Ekoloq qeyd edib ki, hava keyfiyyətini Bakıda bir sıra amillər şərtləndirir:

“İlk növbədə küləklərin, hava axınlarının hərəkətini, digər yandan da çirklənmə mənbələrini qeyd etmək olar. Bakıda həm transsərhəd çirklənmələr, həm də tikinti və sənaye müəssisələri, avtomobillər havanın keyfiyyətini aşağı salan əsas mənbələrdir. Tullantıların idarə olunması digər məsələlərlə müqayisədə yaxşı təşkil olunsa da, burada da problemlər var. Bakının ətraf ərazilərində, xüsusilə də kəndlərdə yerli bələdiyyələrin bu tullantıları idarəetməyə gücləri çatmır. Hazırda Bakıda atmosfer havasının çirkləndirilməsinin qarşısının alınması üçün mühüm işlər görülür. Yeni “Euro 5” standartlarının tətbiq olunması, elektrik avtpmobillərin, avtobusların sayının artması buna sübut ola bilər. Amma təəssüf ki, bu, problemi həll etmir.
Yollarda tıxaclar yaşanır. Bakı şəhərində mərkəzdə bu məsələ həllini tapsa da, kənar ərazilərdə vəziyyət ürəkaçan deyil. Piyada səkiləri dardır, bəzi yerlərdə heç yoxdur. Piyada hərəkəti çox pis haldadır. Enli səkilər olsa, yarım saatlıq məsafədə olan yerlərə insanlar məmnuniyyətlə piyada gedərlər. Bu həm ictimai sağlamlığa töhfə olar, həm də yollarda sıxlığın qarşısını ala bilər. Yaşadığım evlə işlədiyim yer arasında məsafə 20 dəqiqədirsə və ora gedən yol rahatdırsa, avtomobillə niyə getməliyəm. Yol narahatdırsa, tozludur və çirklidirsə, mən həyatımı riskə atıb yola çıxacağamsa, əlbəttə, bu mənim tərəfimdən qəbul edilmir və məcburən şəxsi avtomobildən istfadə edəcəm”.

Ekoloq "Neftçilər" və "Qara Qarayev" metrostansiyaları (buralar Nizami rayon icra hakimiyyətinin əraziləridir-red) istiqamətində ekoloji durumun daha aşağı olduğunu qeyd edib.

Memarlıq

Memar Cavid Həsənovun fikrincə, binalarını çoxalmasındansa, yaşıllıq zolaqlarının, şəhər parklarının, bulvarların salınmasına ehtiyac duyur:

"Məsələn, Zəfər parkı Bakının memarlıq və şəhərsalma simasında yeni bir töhfə oldu, yaxud Sovetski ərazisində köçürülən binaların yerində parkın salınmasını nümunə göstərmək olar. Çoxmərtəbəli binaların arasında havalanma getmir, viziual görünüş pisləşir. Yaşayış evlərinin, inzibati binaların yanında salınan kiçik yaşıllıq zolaqları kifayət etmir. Gəzinti parkı üçün geniş ərazilərdə yaşlıllıqılar salınmalıdır".

Müsahibimz "Koroğlu" metrostansiyası, Yasamal rayonu və bəzi digər ərazilərdə memarlıq baxımından müəyyən boşluqlar olduğunu qeyd edib:

"Səbail rayonu mərkəzi ərazidir, sovet dövründən bulvarın kənarıdır. Rayonun gözəl tarixi binaları var. "Koroğlu", Yasamal kimi ərazilərlə müqayisədə Səbaili rayonunda tarixi, klassik abidələr bir-biri ilə vəhdət təşkil edərək, kulminasiya nöqtəsinə çatıb, rayonun standartları, səliqəsi var. Digər yerlərdə böyük boşluqlar var".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri