Qarının önə çıxmasının səbəbi bu xəstəlik ola bilər FOTO
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bir çox insan qarın nahiyəsinin önə çıxmasını yalnız artıq çəki ilə əlaqələndirir. Halbuki, əsl səbəb başqa ola bilər".
Ölkə.Az xəbər verir ki, bu sözləri fizioterapevt Nuriyyə Əlibəyli deyib. O bildirib ki, bəzi hallarda bunun əsas səbəbi bel nahiyəsində hiperlordoz — yəni onurğanın həddindən artıq içəri əyilməsi olur:
“Hiperlordoz zamanı çanaq sümüyü önə doğru əyilir, bu isə bədənin ümumi balansını pozur.
Nəticədə qarın əzələləri lazımi qədər aktiv işləmir və qarın önə çıxmış kimi görünür. Bu vəziyyət zamanla bel ağrıları, tez yorulma, hərəkət zamanı diskomfort və duruş pozğunluqları ilə müşayiət oluna bilər.
Qarın önə çıxmış kimi görünür, hətta çəki normal olsa belə , bel nahiyəsində gərginlik və ağrılar yaranır, qarın və omba əzələləri zəifləyir, uzun müddət ayaqüstə qalmaq və ya oturmaq çətinləşir”.
Mütəxəssis deyib ki, hiperlordoz estetik problem olmaqla yanaşı, funksional pozğunluqdur:
“Vaxtında müdaxilə edilməsə, digər oynaq və əzələ problemlərinə səbəb ola bilər”, - deyə o əlavə edib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Dekabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















