Icma.az
close
up
RU
“Qarışqadan fil qayıranlar”, yaxud, öyün yıxılsın, ay ChatGPT… Təbriz VƏFALI YAZIR

“Qarışqadan fil qayıranlar”, yaxud, öyün yıxılsın, ay ChatGPT… Təbriz VƏFALI YAZIR

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Təbriz VƏFALI

***

Uşaqlıqdan qədim silah növlərini çox sevmişəm. Bu səbəbdən tarixi mənbələrdə, tarixi əsərlərdə qədim silahlarla bağlı məlumatları sevə-sevə oxumuşam, tarixi filmlərdə və sənədli filmlərdə nümayiş etdirilən qədim silahları və qədim döyüş növlərini böyük maraqla, heyranlıqla izləmişəm.Hətta bəzi rayonlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində saxlanılan qılınc, yay-ox, nizə, mizraq, döyüş yabası, bıçaq, xəncər, qəmə, balta və digər silahlara dönə-dönə dəfələrlə tamaşa etmişəm.

Rəhmətlik babam deyərdi ki, qədim silahlarla döyüşmək üçün güclü, iradəli, dözümlü olmaq lazım idi. Çünki belə döyüşçülər döyüş zamanı əsl qəhrəmanlıq, gerçək igidlik nümayiş etdirirdilər. Amma sonralar qədim silahların yerlərini odlu və müasir silahlar almağa başladı, igidlik “öldü”.

Ona görə də xalq qəhrəmanı Koroğlu demişdi ki, tüfəng çıxdı, mərdlik getdi… 

2000-cu illərə qədər Azərbaycanda sadə vətəndaşların internetə çıxışı məhdud idi, hər kəs onun imkanlarından istifadə edə bilmirdi. Ona görə də elm adamları, jurnalistlər, yazıçı-şairlər və digərləri Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına və digər kitabxanalara gedər, müxtəlif kitabları, sənədləri və sair saatlarla, günlərlə oxuyar, gözlərinin qarasını ağardar, qeydlər götürər və onlardan istifadə edərdilər. Xüsusilə də media əhli Bakını ələk-vələk edər, qapı-qapı düşər, maraqlı müsahibələr, reportajlar hazırlamaq üçün rəqabət aparar, özlərini “həlak” edərdilər. 

2000-2010-cu illərdə internetə çıxış geniş vüsət aldı, yeni internet provayderləri yarandı, internet xidmətləri əlçatan oldu, mobil internet və genişzolaqlı internet xidmətləri populyarlaşmağa başladı. Və bununla da istər jurnalistikada, istər ədəbiyyatımızın poeziya və nəsr janrlarında, istərsə də elm və digər sahələrdə ideya oğurluğuna start verildi, plagiatlıq dövrü halal zəhmətin, özünəməxsus beyin məhsullarının başqaları tərəfindən “çırpışdırılması” yarışına başlanıldı. Bununla da Koroğlu demişkən, mərdlik getd…

2022-ci ildə “OpenAl” təşkilatı tərəfindən hazırlanmış “ChatGPT” adlı süni intellektə əsaslanan dil modeli beynəlxalq ictimaiyyətə təqdim olundu. Bu modeldən mətn əsaslı suallara cavab vermək, müxtəlif növ mətnlər yaratmaq, tərcümə etmək, kod yazmaq və sair üçün istifadə etmək mümkündür. “ChatGPT”nin imkanları və potensialları o qədər genişdir ki, bi model vasitəsilə məqalə, şeir, ssenari və sair yazmaq da olar. Başıbatmış “OpenAl”nın yeni ixtirasından sonra Azərbaycanda bütün sahədə, ələlxüsus da media sahəsində “qurbağa gölünə daş atılıb”. Jurnalistikamızda “yeni simalar”, “fikir dahiləri”, “ideya təəssübkeşləri”, “hegemon yenilikçilər”, “peşəkar, təcrübəli və ustad jurnalistlər” ordusu yaranmağa başlayıb.  

Necə deyərlər, qandıqları bir qrafa olmayanlar, adlarını və soyadlarını yazanda hərfləri “yeyənlər”, sadə xəbəri fərli-başlı yaza bilməyənlər “ChatGPT”nin imkanlarından istifadə edərək “qarışqadan fil qayırmağa” başlayıblar. Utanıb qızarmadan “ChatGPT”nin köməkliyi ilə “dağı dağ üstünə qoyanlar” peşəkar və təcrübəli jurnalistlərə “həyat dərsi”, “jurnalistika dərsi” keçməyə elə həvəslidirlər ki... 

Qəzetlərdə, saytlarda, hətta sosial şəbəkələrdə bəzi xəbərləri, məqalələri, statusları oxuyanda onların müəlliflərini “dahi” adlandıranlar, tanınnmış media mənsublarının həmin müəlliflərin əllərinə su tökməyə yaramadıqlarını iddia edənlər də var. 

Bir sözlə, “ChatGPT” yaranandan mərdlik, halallıq, halal zəhmət, alın təri, əl qabarı yoxa çıxıb. “Qarışqadan fil qayıranlar” ordusu peşəkarlara durmadan, dayanmadan meydan oxuyur, gələcəkdə də bu xəmir çox su aparacaq…  

Öyün yıxılsın, ay ChatGPT, öyümüzü yıxdın...

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Avqust 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri