Qarlı hava şəraiti: Bakı Şamaxı Yevlax yolu nəqliyyatın hərəkəti üçün açıqdır
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şamaxıda bir neçə gündür fasilələrlə yağan qar səngiyib. Qar və buz səbəbindən çətinlik yaranan yollarda təmizlik işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin baş mühəndisi Həsən Məmmədli AZƏRTAC-a bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan-Şamaxı hissəsi və Ağsu aşırımı agentliyin xüsusi texnikası və canlı qüvvəsi tərəfindən qardan və buzdan təmizlənib. Hazırda yollar nəqliyyatın rahat hərəkəti üçün açıqdır. Sürücülər paytaxt Bakıdan şimal-qərb rayonlarına və əks istiqamətə təhlükəsiz hərəkət edə bilərlər.
Xatırladaq ki, fevralın 20-dən etibarən paytaxt da daxil olmaqla, bir sıra bölgələrə fasilələrlə qar yağıb, temperatur aşağı düşüb. Hazırda bölgədə qar yağmasa da, şaxtalı hava şəraiti davam edir. Xüsusilə gecə saatlarında buzlanma ehtimalı yüksək olduğundan, sürücülərə sürət həddinə əməl etmələri və nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirmələri tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 24 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















