Icma.az
close
up
RU
Hazırda Bakı Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır FOTO

Hazırda Bakı Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün səhər saatlarından Qobustana yağan qar və müşahidə olunan şaxtalı hava səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bu rayonun əraziisindən keçən enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yaranıb.

Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi avtomobillərin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb. Qısa müddət ərzində yolun buzlaşan hissələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası tərəfindən təmizlənib, yollara duz-qum qarışığı səpilib və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

AAYDA-nın baş mühəndisi Həsən Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, əməkdaşlar gecə və səhər saatlarında yolboyu xidmət göstəriblər. Onun sözlərinə görə, buzlaşma müşahidə edilsə də, avtomobillərin hərəkətində ciddi problem yaranmayıb. Hazırda paytaxtdan Şamaxıya və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol tam açıqdır.

Baş mühəndis əlavə edib ki, idarənin əməkdaşları növbəli şəkildə ərazidə xidmətdədirlər və ehtiyac yarandığı halda dərhal müdaxilə olunacaq. Bunun üçün kifayət qədər duz-qum ehtiyatı, zəruri materiallar və xüsusi texnika mövcuddur.

Qeyd edək ki, axşam saatlarında bölgədə yenidən qar yağacağı, havanın şaxtalı keçəcəyi və yolların qismən buz bağlaya biləcəyi ehtimal olunur. Bu səbəbdən sürücülərə ehtiyatlı olmaları, gecə saatlarına planlaşdırılan səfərlərini gündüz vaxtlarına keçirmələri tövsiyə edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri