Icma.az
close
up
RU
Qarlı havada itirdiklərimiz: daha çox enerji, daha çox PUL

Qarlı havada itirdiklərimiz: daha çox enerji, daha çox PUL

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər hava şəraitinin kəskin soyuması ev təsərrüfatlarında enerji istehlakının artmasına səbəb olub. Havanın temperaturunun 5°C-dən -5°C-ə qədər düşməsi enerji xərclərinin artmasına gətirib çıxarır.

Modern.az-ın məlumatına görə, bu artımların miqdarı çox vaxt mənzilin istilik sistemi, izolyasiya səviyyəsi və digər xarici faktorlarla bağlı olur. 

Havanın temperaturunun hətta 1 dərəcə düşməsi belə enerji istehlakını müəyyən dərəcədə artırır. Amerika İstilik, Soyutma və Havalandırma Mühəndisləri Cəmiyyəti (ASHRAE) tərəfindən aparılan təhlillərə görə evdə elektriklə işləyən istilik sistemləri temperaturun 10°C düşməsi nəticəsində 30%-dən 50%-ə qədər daha çox enerji sərf edir. 

Avropa İttifaqı üzrə aparılan araşdırmalara görə qazla işləyən mərkəzi istilik sistemlərinin enerji sərfiyyatı soyuq günlərdə 20-40 faiz arıtıq. Bu artım, istilik sisteminin tipindən asılı olaraq dəyişir. Beləliklə, temperaturun 10°C aşağı düşməsi ilə, elektriklə işləyən sistemlərdə enerji istehlakı 50 faizə qədər artdığı halda qazla işləyən sistemlərdə bu artım 30%-ə qədər ola bilər.

Qazla isitmə elektrikdən daha ucuz olsa da kəskin hava şəraiti ev təsərrüfatına əlavə maliyyə yükü gətirir. Ayda 200 manat qaz pulu ödəyən bir evdə bu artım 60 manatdfan az olmayacaq.

Bir evdə normal şəraitdə ayda 300 kilovatsaat  elektrik enerjisi sərf edilirsə, temperatur 10°C düşdükdə, elektriklə işləyən istilik sistemləri üçün bu sərfiyyat 390 kilovatsaata qədər yüksəlir. Bu artım ev təsərrüfatının aylıq enerji xərcini nəzərə alaraq, böyük iqtisadi təsirə yol açır.  Ayda 50 manat elektrik haqqı ödəyən bir evdə bu artım azı 17 manat əlavə xərc yarada bilər.

İzolyasiya səviyyəsi enerji sərfiyyatının azaldılması üçün əsas amillərdən biridir. Enerji Təchizatı və Enerji Səmərəliliyi üzrə Beynəlxalq Agentliyin (IEA) məlumatlarına görə, zəif izolyasiyalı binalarda istilik itkisi yaxşı izolyasiyalı binalara nisbətən 40-50 faiz  yüksək ola bilər. İzolyasiya olunmamış və ya zəif izolyasiya edilmiş pəncərə və qapılardan istilik itkiləri nəticəsində istilik sistemləri daha çox işləyir  və bu da enerji sərfiyyatını artırır.

İzolyasiya materiallarının istifadəsi, məsələn, modern PVC pəncərələr və yüksək keyfiyyətli qapılar, enerji itkilərini əhəmiyyətli dərəcədə azaldır. Binaların Enerji Performansı üzrə Avropa Kodları (EPBD) təşkilatının təhlillərinə görə düzgün izolyasiya edilmiş evlərdə enerji sərfiyyatı izolyasiyasız evlərə nisbətən 60- faiz az olur. Bu cür izolyasiya tədbirləri həmçinin istilik sistemlərinin səmərəliliyini artırır və istilik itkilərini azaldır.

Amerika Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarına görə, elektrikli radiatorlar və istilik pompaları, evin enerji xərclərini ayda 40 faizə qədər artırır. Amma  qazla işləyən sistemlər daha az enerji sərf edir və bu da qazın daha ucuz olmasından qaynaqlanır. Beləliklə, qazla işləyən sistemlərdə istilik xərcləri daha aşağı olur. 

Mütəxəssislər qış aylarında böyük məbləğdıə enerji xərcləri ilə üzləşməmək üçün müəyyən tövsiyyələr  irəli sürür. 

İlk növbədə izolyasiya əsas şərtdir. Divarlara əlavə izolyasiya materiallarının çəkilməsi  istilik itkilərini azldır və beləliklə qızdırıcı sistemlərin iş yükü aşağı düşür.  Bu tədbir enerji sərfiyyatını 20-50 faiz aşağı sala bilər. 
Elektriklə işləyən istilik sistemləri daha çox enerji sərf etdiyi üçün qazla işləyən istilik sistemlərinin seçilməsi daha səmərəlidir. 

Qızdırıcı cihazlarda termostatların optimal temperaturda tənzimlənməsi,enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır. American Council for an Energy-Efficient Economy (ACEEE)-nin təhlilinə görə hər temperaturun 1 dərəcə enməsi  istilik enerjisi sərfiyyatı 2%-dən 4%-ə qədər artıra bilər .

İstilik sistemlərinin düzgün yerləşdirilməsi və istilik mənbələrinin mütəmadi təmizlənməsi daha az enerji sərfiyyatı ilə daha çox istilik təmin edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri