Icma.az
close
up
RU
Qarlı havada qəzaya görə sığorta şirkəti ödəniş etmir? Ekspertdən AÇIQLAMA

Qarlı havada qəzaya görə sığorta şirkəti ödəniş etmir? Ekspertdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Qar yağdığı zaman avtomobil qəzalarının sayı artmağa başlayır. Bu, əsasən hava şəraitinin dəyişməsi və sürüşkən yol şərtləri ilə əlaqəlidir. Qar şəraitində avtomobil idarə edən sürücülər yolun vəziyyətini düzgün qiymətləndirmir və ya lazım olan tədbirləri görməyərək sürəti artırırlar. Bu isə qəzalara səbəb olur.

Bəs sığorta şirkətləri bu qəzaların xərcini hansı hallarda qarşılayır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, avtomobil sığortası qəzalar zamanı müəyyən şəraitdə xərclərin qarşılayır. Onun sözlərinə görə, bu zaman sığortanın növü və hadisənin necə baş verməsi əsas məsələ hesab olunur:

"İcbari sığortadan danışsaq, icbari sığorta yalnız qarşı tərəfə vurulan maddi və fiziki ziyanı ödəmiş olur. Yəni, əgər sürücü digər bir avtomobilə, piyadaya və ya əmlaka zərər yetirirsə, bunu sığorta şirkəti qarşılayır. Ancaq sürücünün öz avtomobilinə dəyən ziyani isə icbari sığorta qarşılamır".

Ekspertin sözlərinə görə, kasko sığortası isə icbari sığortaya nisbətdə daha geniş əhatəyə malikdir.

"Bu sığorta, sürücünün öz maşınına dəyən ziyanı da ödəyir. Müqavilədə hava şəraitindən - qar, dolu, sel, fırtına və sairdən irəli gələn ziyanlar nəzərə alınıbsa, xərc sığorta tərəfindən ödənilə bilər. Sığorta bir sıra hallarda ödəniş etməyə bilər. Əgər sürücü sərxoş vəziyyətdədirsə və ya yol hərəkəti qaydalarını kobud şəkildə pozursa, sığorta şirkəti bu halda zərəri ödəməkdən imtina edə bilər. Bu mövzu ilə bağlı daha çox məlumat bilmək üçün vətəndaşlar sığorta şirkətinin şərtləri ilə daha ətraflı tanış olmalıdırlar", - deyə N.Əlibəyli bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri