Icma.az
close
up
RU
Sığortaya gec məlumat verildikdə ödəniş edilmir? Ekspertdən AÇIQLAMA

Sığortaya gec məlumat verildikdə ödəniş edilmir? Ekspertdən AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndaşlardan biri problemini bildirərək qeyd edib ki, maşını parkinqdə olan zaman maşınını vurublar. Hadisəni törədən şəxs polisə məlumat verdikdən sonra, öz nömrəsini qeyd edərək hadisə yerini tərk edib. Vətəndaş təxminən 10 saat sonra hadisədən xəbərdar olub və bundan sonra sığorta şirkəti ilə əlaqə saxlayıb. Sığorta şirkəti isə bildirib ki, hadisə zamanı zəng olunmalı idi.

Bəs bu hallarda sığorta şirkəti ödəniş etməkdən boyun qaçıra bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, hadisə baş verdiyi anda bacardıqca sığorta şirkətinə məlumat vermək lazımdır:

"Bəzi istisna hallar mövcuddur; bu da o hallardan biridir. Polisə məlumat verilibsə, yəqin ki, hadisə və maşın təsvir edilib, eləcə də polisə hansı tarixdə və saatda zəng edildiyi faktı qeyd olunub. Bu, bir sübut kimi qiymətləndirilə bilər.

Sığorta şirkəti vaxtında məlumat verilmədiyini bildirə bilər və bunda haqlıdır, amma bu, ödənişin edilməyəcəyi mənasına gəlmir. Polis rəyindən sonra məsələ müəyyən olunur. Əgər polis hadisəni törədən şəxsin hadisədən yayındığını qeyd etsə, inanmıram ki, belə bir vəziyyət yaransın, çünki hadisəni törədən şəxs polisə məlumat verib və hadisə qeydiyyata alınıb. Bu zaman bildiyimiz qaydada prosedur davam edəcək. Polis tərəfindən forma 4 müvafiq sığorta şirkətinə təqdim olunacaq".

Ekspert qeyd etdi ki, əgər hadisə qeydə alınmayıbsa, hadisəni törədən şəxs hadisə yerindən yayınıbsa, bu zaman yenə də polisin təqdim etdiyi arayışda şəxsin hadisə yerindən yayınması qeyd olunur.

"Məlumat sığorta şirkətinə yönləndirilir. Bu zaman sığorta şirkəti yenə də ödənişi edir. Lakin hadisəni törədən şəxsdən zərər çəkmişə ödədiyi məbləği sğorta şirkəti geri tələb edə bilir. Qeyd etdiyim kimi, hadisə qeydiyyata alınıbsa, problem yaşanmır. Belə halda, zərər çəkən şəxsin məlumatları sığorta şirkətinə təqdim edərək ödənişi ala bilməsi mümkündür", - deyə N.Əlibəyli bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Mart 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri