Qarpız kəsdiyi bıçaqla tanışını bıçaqladı Eşitdim ki, anamı döyüblər...
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mingəçevir şəhərində 42 yaşlı kişi borc mübahisəsi üstündə tanışını bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2 avqust 2024-cü ildə şəhərin Nizami küçəsində baş verib. 1984-cü il təvəllüdlü Bəhram həmin küçədə yerləşən qida məhsullarının satışı mağazasından çıxıb və bina istiqamətində piyada hərəkətdə olarkən tanışı Elmir (adlar şərtidir – red.) ilə təsadüfən rastlaşıb.
O, Elmirin qohumları və tanışları ilə birlikdə əvvəllər aralarında olan borc məsələsinə görə anası Esmiranı döydüyünü bəhanə gətirib, amma reallıqda belə bir hadisənin olub-olmaması ilə bağlı onunla söhbət aparmadan və bununla bağlı eşitdiklərinə aydınlıq gətirmədən onu cəzalandırmaq qərarına gəlib. Bu zaman Bəhram özündə olan bıçaqla Elmirin qarın nahiyəsi və döş qəfəsinə iki zərbə vurub.
Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2023-cü ildə Bakı şəhərində yaşayan zaman valideynləri onlara məxsus olan və Yevlax rayonunun kəndində yerləşən fərdi yaşayış evini 15.000 manat pulun müqabilində satıblar: “Bundan sonra işləmək üçün Rusiya Federasiyasına getdim. Həmin ərəfədə anam Esmira evi sataraq əldə etdiyi puldan təxminən 6-7 min manat məbləğində pulu borc qismində rəfiqəsi İlhaməyə verdi. Sonradan anam İlhamədən pulunu qaytarmasını tələb etsə də, o, borcu qaytarmayıb. Bu səbəbdən adları qeyd olunan şəxslərin arasında narazılıq yaranıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Rusiya Federasiyasında olarkən İlhamə kürəkəni Elmir, Elmirin atası Bahadur və adları qeyd olunan şəxslərin qohumu yaşadıqları binanın qarşısına gələrək onun anasını döyüblər: “Mən bu haqda eşitdikdən sonra Rusiya Federasiyasından Mingəçevir şəhərinə gəldim. Bundan sonra anam mənə dəfələrlə baş vermiş hadisə ilə bağlı həmin şəxslərlə mübahisə etməməyimi tapşırdı. Lakin Elmir və qohumlarının anamı döyməsinin səbəblərinə aydınlıq gətirmək niyyətində olsam da, onu tapa bilmədim”.
Bəhramın ifadəsinə görə, 2024-cü ilin avqustun 2-də, saat 21 radələrində yaşadığı binanın yaxınlığından qarpız alıb: “Daha sonra binanın qarşısına keçərək orada əyləşdim. Binada birinci mərtəbədə yaşadığım üçün anamdan bıçağı götürdüm və qarpızı kəsərək yedim. Bundan bir qədər sonra təxminən saat 22-23 radələrində anamın xahişi ilə uşaq bezi almaq üçün mağazaya getdim. Oraya gedən zaman bıçağı şalvarımın belinə keçirdim. Marketdən uşaq bezi aldım və evə qayıdarkən Elmirin nəfər şəxslə birlikdə mənə tərəf gəldiyini gördüm. Həmin vaxt Elmir və yanında olan tanımadığım 2 nəfər şəxs birlikdə məlum olmayan səbəbdən mənə hücum etdilər. Bu zaman Elmirin yanında olan şəxslərdən biri məni tutdu, Elmir isə cibindən bıçaq çıxararaq bel nahiyəmə bir zərbə vurdu. Bundan sonra özümü müdafiə etmək məqsədi ilə şalvarımın bel hissəsindən bıçağı çıxardım və Elmirin sol yan qabırğa nahiyəsinə bıçaqla bir zərbə vurdum. Ona ikinci bıçaq zərbəsini vurmamışam. Hadisə vaxtı heç kəsi təhqir etməmişəm. Daha sonra həmin yeri tərk edərək yaşadığım evə getdim. Hadisə vaxtı istifadə etdiyim bıçağı xatırlamadığım yerə tullamışam. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışam. Avqustun 8-də Gəncə Şəhər Narkoloji Dispanserinə aparılmışam. Orada müayinə olunarkən qanımda narkotik vasitə aşkar olunmayıb”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram 6 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demorkat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:54
Bu xəbər 26 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları