Icma.az
close
up
RU
Aparatda Ramiz Mehdiyevin səsini eşitdim...

Aparatda Ramiz Mehdiyevin səsini eşitdim...

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bir müddət əvvəl mərhum prezident Heydər Əliyevlə bağlı xatirəsini paylaşıb. 

AzPost həmin paylaşımı oxucularına təqdim edir:

Heydər Əliyev məmurları necə tənbeh edirdi?

Bəzilərini televiziya ekranlarından görmüsünüz. Bəziləri isə necə deyərlər, pərdə arxasında cərəyan edib.

Belə epizodlardan biri haqda yazmaq istəyirəm.

Özümdən başlayım ki, heç kim inciməsin.

Keçmiş mədəniyyət naziri, diplomat həmkarım Polad Bülbüloğlu həm də türk ölkələrinin beynəlxalq mədəniyyət qurumunun – Türksoyun rəhbəri idi. Ara-sıra təşkilatın xətti ilə müxtəlif xarici səfərlərə çıxmaq zərurəti yaranırdı. Polad müəllim Türksoydakı fəaliyyətin də xarici siyasətimizin tərkib hissəsi olduğunu əsas gətirib bir neçə dəfə nəzərdə tutulan səfərlə bağlı Prezidenti məlumatlandırmağı məndən xahiş etmişdi. İki, ya üç dəfə digər məsələlərlə yanaşı bu barədə də məruzə eləmişdim və hər dəfə də Heydər Əliyev “Yaxşı, getsin!” demişdi. Amma sonuncu dəfə eyni xahişlə müraciət edəndə səs tonunun dəyişdiyi də diqqətimdən yayınmamışdı. Başa düşmüşdüm ki, əslində özümə aid olmayan məsələlərə qarışır, Prezidentin iş üslubu və idarəçilik mexanizmi ilə uyğun gəlməyən hərəkət edirəm. Söz vermişdim ki, bu hal bir də təkrarlanmayacaq.

Amma bir dəfə yenə Polad müəllim zəng vurdu. Türksoyla YUNESKO arasında əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı vacib görüşlər nəzərdə tutulduğunu bildirib mütləq Parisə getməli olduğunu dedi. (Əslində birlikdə getməli idik) Bu barədə Prezidentə məlumat çatdırmağımı xahiş etdi. Məsələnin çox təcili, gündəliyin ölkəmizin mövqeyi baxımından həssaslığını xatırlatdı. Gündəlikdən xəbərdar olduğumdan sözündən çıxa bilmədim.

Həmin gün Prezidentə telefon açanda başqa məsələlərlə birlikdə Polad Bülbüloğlunun Paris səfəri ilə bağlı xahişini də çatdırdım. Heydər Əliyev dərhal cavab vermədi. Düşündüm ki, yəqin hansı qərarı qəbul etmək haqda fikirləşir.

Az qala məsələnin vacibliyi haqqında danışmaq istəyirdim ki, birdən selektorda İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin səsini eşitdim:

– Bəli, cənab Prezident!

– Mehdiyev, yerindəsən?

– Bəli, cənab Prezident.

– Necə yerindsən ki, nazirlər sənin səlahiyyətində olan məsələləri həll etmək üçün Vilayət Quliyevin qəbuluna gedirlər? O da işini-gücünü atıb bu məsələlərlə məşğul olur. Nəticədə xarici siyasətimiz qalır böyrü üstə…

Bu sözləri deyəndən sonra Prezident özü də gülməyə başladı. Məsələ aydın idi. Belə dolayısı, ən başlıcası isə yaradıcı yolla mənə xəbərdarlıq edilirdi ki, öz işimlə məşğul olum. Başqa qurumların səlahiyyətinə aid məsələlərə müdaxiə edib özümü “yaxşı kişi”, yaxud “krutoy oğlan” kimi göstərməyə çalışmayım.

Mədəniyyət nazirinin xahişini çatdırdığım anda Heydər Əliyev sözümü kəsə bilərdi, əsəbiləşə bilərdi. (Bir dəfə səlahiyyətinə aid olmayan işə yersiz müdaxilə etdiyinə görə yüksək vəzifəli məmurlardan birinə “Sənin bu hərəkətinin adı bilirsən nədir? Buna hamam suyu ilə dost tutmaq, ya da özünü yuyulmamış çömçə kimi ortaya atmaq deyərlər” – sözləri ilə kəskin irad bildirmişdi).

Amma yəqin ki, yanlış hərəkətimin idarəçilik təcrübəmin azlığından, aparat oyunlarının sirlərinə nabələdlikdən irəli gəldiyini bilib mənə incə, həm də daha yaddaqalan və ibrətamiz şəkildə dərs vermişdi.

Vilayət Quliyev

Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri 

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 İyun 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri