Icma.az
close
up
RU
Qarpızdan zəhərlənməmək üçün nə edək?

Qarpızdan zəhərlənməmək üçün nə edək?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Artıq bazarlarda, marketlərdə piştaxtalarda qarpızlar görünməyə başlayıb. Hələ qarpız mövsümü tam olaraq başlamasa da, kifayət qədər qarpız satan və alan var. Vaxtından əvvəl, mövsümündə yeyilməyən qarpızlar zəhərlənməyə səbəb olur.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib ki, may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət edib.

"Hər birinə ilkin tibbi yardım göstərilib, ölüm halı qeydə alınmayıb”, - deyə o əlavə edib.

Mövzu ilə bağlı Trend-ə danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, Azərbaycan üçün qarpızın xarakterik mövsümü iyul ayının ortalarından başlayaraq avqust ayına qədər olan dövr hesab olunur.

O qeyd edib ki, bu müddətdə yetişən qarpızlar daha təbii, qida dəyəri daha yüksək və orqanizm üçün faydalı olur:

"Xüsusilə həssas qruplara aid insanlar – azyaşlı uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olanlar, hamilə və süd verən qadınlar məhz təbii mövsümdə yetişən qarpızlara üstünlük verməlidirlər. Bir çox hallarda mövsüm başlamazdan əvvəl satışda olan qarpızlar ya istixanalarda yetişdirilmiş, ya da isti ölkələrdən gətirilmiş olur. Bu hallarda, əgər qarpızın daşınması və saxlanması zamanı kimyəvi maddələrdən və konservantlardan istifadə edilməyibsə, az miqdarda istehlak etmək olar.

Qarpızın faydalı xüsusiyyətlərinə gəlincə, tərkibinin böyük hissəsinin sudan ibarət olması, A və C vitaminləri, likopin kimi antioksidant maddələrlə zəngin olması onun orqanizmə faydasını artırır. Likopin xərçəngə qarşı qoruyucu təsir göstərir və immun sistemini gücləndirir. Kalorisi aşağı olduğu üçün asan həzm olunur və lif tərkibinə görə həzm sisteminə də faydalıdır. Həmçinin, yay mövsümündə sərinləşdirici qida kimi istifadə olunur”.

"Zərərlərinə gəlincə, süni şəkildə, istixanalarda kimyəvi maddələrlə yetişdirilən qarpızların tərkibində çoxlu nitrat və digər zərərli maddələr ola bilər. Bu isə allergik reaksiyalar, həzm pozğunluğu, qarın ağrısı və hətta zəhərlənmə ilə nəticələnə bilər. Qarpızın həddindən artıq miqdarda qəbulu da zərərlidir. Xüsusilə şəkərli diabet və insulin dirənci olan şəxslər miqdarına diqqət etməlidirlər. Soyuq şəkildə yeyildikdə mədə və bağırsaq sistemində soyuqlama və iltihab riski yaradır.

Qarpız alarkən təbii mövsümdə yetişmiş, çox iri olmayan, parlaq qırmızı rəngli, aydın naxışlı və günəş şüalarının təsirində uzun müddət qalmamış meyvələrə üstünlük verilməlidir. Uzun müddət günəşdə qalan qarpızın keyfiyyəti aşağı düşür və sağlamlıq üçün təhlükə yarada bilər”, - deyə Məhsəti Hüseynova əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri