Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Qars İğdır Aralık Dilucu dəmir yolu Zəngəzur dəhlizinin açılmasını daha da sürətləndirəcək

Qars İğdır Aralık Dilucu dəmir yolu Zəngəzur dəhlizinin açılmasını daha da sürətləndirəcək

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qars-İğdır-Aralık-Dilucu marşrutu üzrə, Naxçıvanla sərhəddə yerləşən 224 kilometrlik dəmir yolunun tikintisi ilə Türkiyənin şərq bölgəsində region üçün, dünya üçün əhəmiyyətli bir layihənin – qlobal strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulur. Hələ 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmiryolu layihəsi ilə bağlı niyyət protokolu imzalayıb. Nəhayət, Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvan sərhəddi) dəmir yolu xəttinin tikintisinə başlanıldı. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirir ki, dəmir yolu nəzərdə tutulduğu kimi, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək. Bu layihə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılmış mühüm tarixi addım hesab olunur. Yeni dəmir yolu illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaya imkan yaradacaq. Saatda 160 kilometrədək sürətə hesablanmış layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid, 480 suötürücü və s. inşası planlaşdırılıb. Bundan başqa, bir çox hissələrdə qrunt möhkəmləndirmə işləri və digər torpaq işləri aparılacaq.

A.Əsədov qeyd edir ki, Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd  dəmir yolu tikintisinin, 67 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb. Dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün, Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhəddində olan, təqribən, 170 kilometrlik hissəni Azərbaycan tərəfi tikəcəkdir. Burada 150 km öncədən mövcud idi və müəyyən rekonstruksiya işləri aparılacaqdır, 20 km dəmir yolu isə sıfırdan salınacaqdır. 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı məsələlər də aydınlaşmaq üzrədir və bütün hallarda qeyd edilən dəmir yolu tikintisi işlərinin eyni vaxtda tamamlanması planlaşdırılır. Bundan başqa, dəhliz uzun müddətdir blokada şəraitində olan Naxçıvan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradacaq. Təbii ki, regionun digər ölkələri üçün, o cümlədən Ermənistan üçün də bu dəhliz faydalı ola bilər – ölkə tranzit mərkəzinə çevrilə, xarici bazarlara çıxış əldə edə və investisiyaların cəlbi baxımından təşviqedici ola bilər.

Nəticə olaraq, Naxçıvan Bakı əlaqələrini intensivləşdirəcək bu dəmir yolunun bərpası və tikintisi təkcə regional deyil, həm də beynəlxalq diqqət mərkəzindədir. ABŞ da daxil olmaqla bir çox ölkələr bu prosesə ciddi maraq göstərir və strateji əhəmiyyətini vurğulayırlar. Həm də ona görə ki, Orta dəhlizlə davamlı olaraq artan yük axınını aşıra biləcək yeni dəhlizlərə (yollara) ehtiyac var. Daha konkret desək, bu gün təməli qoyulan yolun tamamlanması ilə yük axınlarının yeni bir marşrutu formalaşacaq. Hansı ki, bu yeni yol Bakı-Tbilisi-Qars xəttinə alternativ deyil, onu tamamlayan, yük axınlarını birgə aşırmağa imkan verən əməkdaşlıq yoludur. 

İİTKM-in şöbə müdiri vurğulayır ki, beynəlxalq sülh və rifaha xidmət edəcək Zəngəzur dəhlizinə yalnız nəqliyyat və logistika nöqteyi-nəzərindən yanaşmaq onun əhəmiyyətini tam ifadə etmir. Bu layihə, həm də Azərbaycanla Türkiyə arasında, ümumilikdə isə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi və siyasi münasibətlərin güclənməsinə xidmət edəcək. O cümlədən, Zəngəzur dəhlizinin Cənubi Qafqazda sabitlik və mehriban qonşuluğun gücləndirilməsi kontekstində əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. 

Təməli qoyulan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu isə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün strateji bir qazancdır. Tarixən parçalanmış marşrutların bərpası Türk dünyası arasında körpü funksiyasını yerinə yetirəcək. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-tranzit fəaliyyətlərini gücləndirəcək mühüm bir marşruta çevriləcək. Beləliklə, Zəngəzur dəhlizi qarşıdakı onilliklərdə regional proseslərə təsir edən əsas layihələrdən biri kimi tarixdə qalacaq.

Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsinə xarici mənbələrdən 2,4 milyard avro cəlb edilməsi üçün müvafiq razılaşmalar əldə olunub. Yəni, məqsədi regionda nəqliyyat şəbəkələri və ticari əlaqələrin inkişafına töhfə vermək olan bu layihənin icrası ilə bağlı hər hansı maliyyə problemi mövcud deyildir. Layihənin istifadəyə verilməsi ilə şərq-qərb dəhlizinin Pekindən Londona qədər uzantısı daha da möhkəmlənəcək və səmərəliliyi artacaq, Azərbaycan və Türkiyənin logistika potensialı genişlənəcək, regionun geostrateji əhəmiyyəti daha da güclənəcəkdir. 

Aqil Əsədov qeyd edir ki, Qars-İğdır-Aralıq-Dilucu yolu bütün Türk dünyasını birləşdirən strateji bir layihənin mühüm tamamlayıcı bir hissəsidir. Hansı ki, bu yol Azərbaycana, Türkiyəyə, region dövlətlərinə və Qərb ölkələrinə uzunmüddətli dividentlər vəd edir. Başqa sözlə deəsk, Qars-İğdır-Aralıq-Dilucu xətti təkcə Azərbaycanı dünya ilə qovuşdurmur, həm də keçdiyi ölkələrin regional əhəmiyyətini artırır, qlobal inteqrasiya proseslərini sürətləndirir.  

Onun fikrincə layihədən əsas gözləntilər əsasən bir neçə vacib istiqamət üzrədir:

 Səyahət vaxtının qısalması: Dəmir yolu xətti Dilucudan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcək, həm sərnişinlər, həm də yük daşımaları üçün böyük rahatlıq yaradacaq. Daşınma intensivliyinin artırılması: Marşrut Bakı‑Tbilisi‑Qars (BTQ) dəmir yolu xəttinə inteqrasiya olunaraq daşınma intensivliyini, çevikliyi artırmağa imkan verəcək. Regional inkişafa dəstək: 4-5 il davam edəcək tikinti mərhələsində bölgədə iş yerləri artacaq, yerli bizneslər üçün yeni gəlir mənbələri yaranacaq, yerli iqtisadiyyatı gücləndirəcək. Regional və beynəlxalq ticarət münasibətlərinin genişləndirilməsi və intensivləşməsi: Bu strateji layihə Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək, regionu müasir İpək Yolunun bir hissəsinə çevirərək beynəlxalq ticarəti təşviq edəcəkdir. Dünyada yük axınlarının intensivləşməsi: Layihə təkcə yerli iqtisadiyyatı deyil, həm də beynəlxalq yükdaşıma və ticarət marşrutlarını dəstəkləməklə, Avropa və Asiya arasında yeni körpü rolunu oynayacaq, qlobal yük axınlarının artımına və intensivliyinə öz töhfəsini verəcəkdir. Elmi-mədəni inteqrasiyanı gücləndirəcək: Dəmir İpək Yolunun daha bir qolunun tamamlanması ilə marşrut üzərindəki bütün ölkələrin elmi və mədəni əlaqələri güclənəcəkdir. Daşınma xərclərinin azalması: Türkiyə ilə Azərbaycan arasında məhsul ticarəti və turizm fəaliyyətinin daşınma xərcləri təxminən üçdə iki nisbətində azalacaq.  İşğaldan azad edilmiş ərazilərin inkişafına dəstək: Yeni dəmir yolu bağlantısı işğaldan azad edilmiş ərazilərin, xüsusilə Qarabağın inkişafına dəstək verəcək, lazımi bazarlara daha asan çıxışı təmin edəcək, turizm mobilliyini və ticarəti artıracaqdır.

Göründüyü kimi, Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsi regionda nəqliyyat, ticarət və iqtisadiyyat üçün yeni bir dövrün başlanğıcı kimi qəbul edilə bilər. Qlobal və regional inkişafa xidmət edəcək bu layihə təkcə bölgənin, regionun deyil, ümumilikdə qitələrarası münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see226

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see163

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see141

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri