Uraloğlu: Qars Iğdır Aralık Dilucu dəmir yolu xətti Türkiyəni Zəngəzura bağlayacaq
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyəni Zəngəzur dəhlizinə (Tramp yolu) birləşdirəcək Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xətti regional və qlobal ticarətə müsbət təsir göstərəcək.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
"Bu gün Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xətti ilə Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində ən konkret ilk addımlardan birini ataraq, biz təkcə Türkiyənin deyil, bütün Cənubi Qafqaz və Avrasiyanın gələcəyinə addım atmış oluruq.
Bu layihə beynəlxalq sülh və firavanlıq üçün bir yol xəritəsidir. Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı gücləndirəcək və regional sülhü möhkəmləndirəcək. Bu, bütün dünya, xüsusən də orta dəhlizdə maraqlı tərəflər olan ölkələr üçün qlobal ticarətin qızıl əsrini açacaq", - deyə Uraloğlu vurğulayıb.
Daha ətraflı videoda:
Uraloğlu: "Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xətti Türkiyəni Zəngəzura bağlayacaq"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 Avqust 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















