“Qarşıda sülh görünmür”
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
“ABŞ və İran arasında Memorandum imzalandıqdan sonra ümid yarandı ki, qısa müddətdə sülh sazişini də imzalamaq mümkün olacaq. Ancaq çox təəssüf ki, İran Hörmüz boğazından keçən gəmilərə zərbə endirdi, buna cavab olaraq ABŞ İrana zərbə endirdi. Yəni qarşılıqlı şəkildə bir-birilərinə zərbələr endirməyə davam edirlər. Bir qayda olaraq ABŞ İranın daxilini vurur, İran isə cavab olaraq ABŞ-nin hərbi bazalarına zərbə endirir və qarşıda sülh görünmür”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
A.Səmədov qeyd edib ki, qarşıda hərbi əməliyyatların daha geniş miqyas alacağı gözlənilir: “İran daxilinə ABŞ-nin zərbələri daha dağıdıcı olacaq. Hədəfdə elektrik stansiyaları və körpülərdir və digər strateji obyektlərə zərbələr endiriləcək. Ölən İran vətəndaşlarının sayı təxminən 4 minə yaxındır. Dağılan obyektlər, müəssisələr saysız-hesabsızdır. İran yenə də qalib gələcəyini iddia edir və ABŞ-ni hədələyir, Hörmüz boğazına nəzarət etmək fikrindən daşınmır. Görünür ki, hələ qarşıda bizi çoxlu dağıntılar, insan ölümləri və digər faciələr gözləyir. Çox təəssüf ki, həm İran, həm də ABŞ son dərəcə məsuliyyətsiz davranırlar və bu davranışın sülhə gətirməsi qeyri-mümkündür”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 17 İyul 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















