Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Ölkəmizi qarşıda yeni nailiyyətlər gözləyir

Ölkəmizi qarşıda yeni nailiyyətlər gözləyir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

2 iyun 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində öz işinə başlayan və 4 iyunadək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu “Baku Energy Forum” dünya ölkələrinin diqqət mərkəzindədir.

Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, bugünkü və gələcək uğurlarında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”ndən öncə 1994-cü ildə keçirilən ilk Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın enerji imkanlarının dünyaya təqdimatı oldu. Qeyd etmək lazımdır ki, həmin vaxtdan ötən 31 ilin ölkəmizin enerji tarixinə hansı uğurları yazdığı göz qabağındadır. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u ölkəmizin enerji diplomatiyasının uğurlarını bir daha beynəlxalq ictimaiyyətə təqdim edir. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın bu gün hazırda beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerinə və mövqeyinə işıq salır. Yubiley tədbirinin açılış mərasimində Böyük Britaniyanın “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord bu məqamı xüsusi qeyd etdi ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk cəsarətli addımlarını atdı. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf etdi. O vaxtdan bəri Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrildi.
Ölkə başçısı İlham Əliyev yubiley tədbirinin açılış mərasimində Azərbaycanın 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək keçdiyi inkişaf yolunun təhlilini verdi. Bir daha vurğulandı ki, bunlar Ulu Öndər Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Həmin dövrdə Ümummilli Lider dünya təcrübəsinə əsaslanaraq bu çağırışı səsləndirmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu reallıq da xüsusi qeyd edilmişdir ki, enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, çünki bu gün həmin dövrə nəzər salanda müstəqillik uğrunda yolun həmin tarixi məqamdan başlandığı aydın olur. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Bu gün enerji siyasətimizin iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsi olduğunu görürük.
Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizə davamlı uğurlar qazandırır. Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu günbəgün artıran Azərbaycan tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etdi. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrildi. Ölkəmiz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdı. Əməkdaşlığın coğrafiyası genişləndi. Regional çərçivədə başlanan əməkdaşlıq beynəlxalq miqyas alıb. Görülən işlərin zirvəsində dayanan Cənub Qaz Dəhlizi reallığa çevrildi. Bu gün onun əsas seqmentləri olan TANAP-ın və TAP-ın genişləndirilməsindən bəhs edilir. Azərbaycanın qarşısına qoyduğu hədəflərdən biri yeni körpülərin qurulmasıdır. Ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi tanınır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, hələ də son deyil. İxrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük. Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və Azərbaycan hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirir. Çünki bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir.
Onu da qeyd edək ki, ölkəmiz bərpaolunan enerji sahəsində böyük potensiala malikdir. Bu sahədə də əməkdaşlığa xüsusi önəm verir. Dövlət başçısı İlham Əliyev yubiley tədbirinin açılış mərasimindəki çıxışında diqqəti Azərbaycanın yaşıl enerji gündəliyinə yönəltdi. Bildirdi ki, ötən il Bakı Enerji Həftəsi çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaq. Biz bu yol ilə irəliləyirik. COP29 enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan ölkə kimi nüfuz qazanan Azərbaycanın tədbirə yüksək səviyyədə ev sahibliyi və uğurlu nəticələrin əldə olunması ilə tarixə yazıldı. Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulmasını qarşıya əsas hədəf kimi qoyan ölkəmiz buna nail oldu.
Ən əsası, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyası olduqca genişdir. Enerji sektoru əməkdaşlıq əlaqələrinin qurulmasında əsas amillərdən biridir.

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri