Qarşıdakı dövrdə daha qürurverici müjdələrimiz olacaq Ərdoğan
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İHA və SİHA-larımızla, tamamilə yerli istehsal olan təyyarə və helikopterlərimiz, hərbi gəmilərimiz, insansız dəniz vasitələrimiz, frekart, mina axtaran gəmilərimizlə Mavi Vətənə, yeni nəsil insansız vasitələrimizlə, tanklarımız və avtonom zirehli döyüş vasitələrimizlə, idarəetmə, radar və elektron müharibə sistemlərimizlə quru üzərində gücümüzə güc qatırıq.
Publika.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən “TEKNOFEST 2025”i ziyarət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib.
"Nəhayət, avqustun 27-də ümumilikdə 47 texnikadan ibarət “Polad Qübbə”ni inventarımıza daxil edərək daha bir tarixi mərhələni geridə qoyduq. Bütün bunlar yalnız başlanğıcdır. Müdafiə sənayesi dastanımızı hələ yeni yazmağa başlamışıq. Qarşıdakı dövrdə daha qürurverici müjdələrimiz olacaq” - deyə Türkiyə lideri bildirib.
Ərdoğan onu da əlavə edib ki, Türkiyə yalnız müdafiə sənayesi sahəsində deyil, süni intellekt texnologiyalarında da yeni sıçrayışlara və sürətli inkişafa hazırlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Sentyabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















