Türkiyə qarşıdakı dövrdə də Suriyanın yanında olacaq Fahrettin Altun
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə qarşıdakı dövrdə də Suriyanın yanında olacaq.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə son 13 ildə olduğu kimi, bundan sonra da Suriya xalqını dəstəkləyəcək: “Suriya bizim qonşumuzdur, Suriya xalqı bizim qardaşımızdır”.
F.Altun söyləyib ki, son 13 ildə Suriyada müasir tarixdə və bəşəriyyət tarixində barmaqla sayıla biləcək dəhşətlər olub: “Bir milyona yaxın insan həyatını itirdi, 12 milyon insan ölkəsindən didərgin salındı. Suriyalı qaçqınların sayı 4 milyonu keçdi. İndi isə onların sayı təxminən 2, 9 milyondur. Hüzur, sabitlik təmin olunanda, əlbəttə, bu insanlar geri qayıdacaqlar, qayıtmağı arzulayacaqlar”.
Türkiyə PA rəsmisi, həmçinin qeyd edib ki, baş verənlər böyük və güclü Türkiyənin dünya siyasətinə necə təsir göstərdiyini, sadəcə Yaxın Şərq, Balkanlar, Qafqaz və Qara dəniz deyil, həm də Afrika geosiyasətinə təsir edən vacib bir qlobal oyunçu olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 12 Dekabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















