Icma.az
close
up
RU
Qarşıdakı yüz ildə 500 dən çox quş növü yoxolma təhlükəsi ilə üzləşə bilər

Qarşıdakı yüz ildə 500 dən çox quş növü yoxolma təhlükəsi ilə üzləşə bilər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 iyun, AZƏRTAC

Alimlər qarşıdakı yüz ildə yüzlərlə quş növünün nəsli kəsilə biləcəyini aşkar ediblər. AZƏRTAC “Nature Ecology and Evolution” jurnalına istinadla xəbər verir ki, yeni tədqiqat iqlim dəyişikliyinin və yaşayış mühitinin itirilməsinin növbəti əsrdə 500-dən çox quş növünün məhvinə səbəb ola biləcəyini proqnozlaşdırır.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, hətta antropogen təhlükələrdən tam qorunsalar belə, təxminən 250 növ hələ də yoxolma təhlükəsi ilə üzləşə bilər.

Ekoloq Kerri Stüartın sözlərinə görə, quş növlərinin bir çoxunun üzləşdiyi təhlükə o qədər böyükdür ki, təkcə antropogen təsirin azaldılması onları xilas etməyəcək. Yaşamaq üçün bu növlərin çoxalma və yaşayış mühitinin bərpası layihələri kimi xüsusi proqramlara ehtiyacı var. O əlavə edib: “Biz müasir dövrdə quşların misli görünməmiş yoxolma böhranı ilə üzləşirik. Bütün yaşayış yerlərində antropogen təhlükələri azaltmaq üçün təcili tədbirlər görməliyik, ən nadir və nəsli kəsilməkdə olan növlərin xilas edilməsi istiqamətində məqsədyönlü proqramlar həyata keçirməliyik”.

Qrup bitki və heyvan növlərinin vəziyyəti ilə bağlı dünyanın ən əhatəli məlumat mənbəyi olan Beynəlxalq Təbiəti Mühafizə İttifaqının təbiətin mühafizəsi üzrə Qırmızı Siyahısının məlumatlarından istifadə edərək 10 minə yaxın quş növünü tədqiq edib. Hər bir növün üzləşdiyi təhlükələrə əsaslanaraq, quşların nəsli kəsilmə riski proqnozlaşdırılıb. Təhlil göstərib ki, irigövdəli quşlar ovçuluğa və iqlim dəyişikliyinə daha həssasdır, geniş qanadlı quşlar isə yaşayış mühitinin itirilməsindən daha çox təsirlənir.

Risk altında olan ən qeyri-adi quşların yalnız 100-ü üçün qoruma proqramlarına üstünlük vermək quşların forma və ölçülərinin müxtəlifliyinin 68 faizini xilas edə bilər. Tədqiqatçılar belə qənaətə gəliblər ki, yaşayış yerlərinin məhv edilməsinin dayandırılması daha çox quşu xilas edəcək. Bununla belə, ovçuluğun azaldılması və təsadüfi ölümlərin qarşısının alınması xüsusilə sağlam ekosistemlər üçün vacib olan qeyri-adi xüsusiyyətlərə malik quşları xilas edərdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri