Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Qarşıdakı 4 ildə...

Qarşıdakı 4 ildə...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

2026-2029-cu illərə dair Ortamüddətli Xərclər Çərçivəsində ölkəmizin iqtisadi artım hədəfləri əks olunub

Maliyyə Nazirliyi tərəfindən 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədi ictimaiyyətə açıqlanıb. Prezidentin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanan OMXÇ özündə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, fiskal risklərin təhlili və mitiqasiya tədbirlərini, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, həmçinin icmal və dövlət büdcələrinin gəlir və xərclərinin proqnozlarını əhatə edir. Eyni zamanda, sənəddə proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb olunan sektorlara növbəti ortamüddətli dövr üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqramlar üzrə bölgüsü barədə məlumatlar əks olunub.

2029-cu ildə ÜDM-in həcmi 161,8 milyard manata çatacaq

2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsinə əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Ortamüddətli dövr üçün makroiqtisadi proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi,  2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin 4,9 faiz olacağı fərz edilir.

Hökumətin nikbin makroiqtisadi ssenarisinə əsasən, ölkəmizin qarşıdakı 4 il ərzində iqtisadi inkişafının əsas drayverləri qeyri-neft sektoru üzrə yığım mənbələrinin təşviqi, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması və müxtəlif sektorlarda çalışan fiziki şəxslərin gəlir vergisi üzrə verilmiş azadolmanın müddətinin 2025-ci ilin sonunda bitməsi və bunun sayəsində yeni fiskal gəlir kanalının yaranması, habelə iqtisadiyyatın özəl və dövlət sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınması və gəlirlərin leqallaşdırılması nəticəsində qeyri-neft yığım mənbələrinin genişlənməsi olacaq. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 80 faizə çatacaq, neft-qaz sektorunun payı isə 20 faizə bərabər olacaq.

İnvestisiya qoyuluşlarında artımlar davam edəcək 

Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 dollar və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilir. Bununla yanaşı, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir.

2026-cı ildə əsas kapitala olan investisiyalarda 6,9 faiz, ortamüddətli dövrdə isə orta illik 3,9 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2026-2027-ci illərdə artım proqnozlaşdırılır. Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qazsektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, habelə dövlət investisiyalarının iqtisadi  səmərəliliyinin yüksəldilməsi,  bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınıb.

İnflyasiya azalaraq 4,2 faizə düşəcək

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin  dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,4 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 4,2 faiz olacağı gözlənilir. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,2 milyard manata, xərclərinin isə 120,6 milyard manata qədər yüksəlməsi gözlənilir. 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

İcmal büdcənin gəlirləri 50 milyard manata çatacaq

2026-cı il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Gəlirlər üzrə siyasətin əsas istiqamətləri ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək   məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi  və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.

2026-cı il üçün icmal büdcəsinin gəlirləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi  ilə müqayisədə 1 milyard 18,8 milyon manat və yaxud 2,3 faiz çox olmaqla 44 milyard 969,4 milyon manat, ortamüddətli dövrün sonuna isə 6 milyard 472 milyon manat və yaxud 14,7 faiz çox olmaqla 50 milyard 422,5 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri əvvəlki illərin faktiki icra göstəriciləri 2026-cı il vəsonrakı üç il üçün son makroiqtisadi proqnozlar (ÜDM və qeyri-neft-qaz ÜDM-in artım templəri, valyuta məzənnəsi, neft-qaz hasilatı, neft qiyməti vədigər) əsasında, hər bir tədiyə növü üzrə ayrı-ayrılıqda hesablanıb. Qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron  idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuzunun artması nəticəsində şəffaflığın təmin edilməsi və nəzarətin güclənməsi növbəti illərdə büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz gəlirlərinin payının genişlənməsinə səbəb olacaq. Beləki, 2029-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2026-cı ilin göstəricisi  ilə müqayisədə 9 faiz-bənd artaraq 66,4 faiz, mütləq ifadədə isə 20,1 faiz artaraq 26,6 milyard manat təşkil edəcək.

Xərclər üzrə siyasətin əsas istiqamətləri

Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında  müəyyənləşdirilib. 2026-cı il  üzrə dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon  manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 296 milyon manat və ya 0,7 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlət büdcəsinin xərcləri 2025-ci  ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 1 milyard 925,6 milyon manat  və yaxud 4,7 faiz çox olmaqla 43 milyard 333,2 milyon manat proqnozlaşdırılır.

Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi və “Böyük Qayıdış”ın sürətli icrası prioritetlərini əks etdirir. Təkcə, OMXÇ üzrə qarşıdakı 4 ildə azad olunmuş ərazilərin yenidənqurulması və bərpasına 13,5 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Bundan başqa, əhalinin sosial təminatının və xidmət şəraitinin, habelə müxtəlif sosial qrupların sosial müdafiəsinin daha da yaxşılaşdırılması, biznesə dəstəyin artırılması və investisiyaların davamlılığının qorunması, iqlim həlləri və “yaşıl iqtisadiyyat” quruculuğuna, bir sıra mühüm proqram və tədbirlərin icrası üçün maliyyə təminatınının gücləndirilməsi nəzərdə tutulur. 

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri